“Obliqat qruplarla əlaqəli nəticələr uzun illər aparılan epidemioloji nəzarətin və statistik rəqəmlər nəticəsində ortaya çıxan anlayışdır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, müəyyən xəstəliklər üzrə obliqat qruplar və risk qrupları formalaşır: “Bu gün hələ ki, COVID-lə əlaqəli bunu demək çox tezdir. Lakin biz hər dəfə bunu təkrar edirik ki, bizim risk qruplarımız bəllidir. Əvvəl də qeyd etmişik ki, istər yaşla, istərsə də xroniki xəstəliklər əlaqəli risk qruplarımız var. Obliqat və ya işi ilə əlaqəli risk qruplarına gəldikdə, bu gün hamıya məlum olan bizim tibb işçiləridir. Onlar verdikləri tibbi xidmətlə əlaqədar olaraq birinci risk qrupudurlar. Bizim test strategiyamızda mütləq olaraq bu, nəzərə alınır. Kimlər risk qrupuna aiddirsə, orada testlərin mütəmadi aparılması nəzərdə tutulur”.