“cimerlik.az saytının siyahısında olmayan çimərliklər monitorinqdən kənar yerdə yerləşir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ona görə də həmin çimərliklərə gedən vətəndaşlar özləri məsuliyyət daşıyır: “Reyestrə daxil edilən çimərliklərdə mütəmadi dezinfeksiya tədbirləri görüləcək”.