Ötən il Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb.
APA-nın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2019-cu ildə 37 308 abort qeydə alınıb.
Məlumata əsasən, abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-si 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.