“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək”.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, rayonlara açılış baş verəndə beynəlxalq uçuşlar da müvafiq istiqamətlərdə bərpa ediləcək: “Biz hələ heç bir ölkə ilə sərhədlərimizi açmamışıq”.