Bu ilin ötən müddətində nikaha daxil olmazdan əvvəl keçirilən müayinələrin sayı 5438 olub.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, müayinələr nəticəsində 167 nəfərdə talassemiya daşıyıcılığı, 32 nəfərdə sifilis, 9 nəfərdə QİÇS daşıyıcılığı aşkarlanıb.
Hər iksiində daşıyıcılıq olan bir cütlük qeydə alınıb.
Qeyd edək ki, nikahdan əvvəl müayinələrin aparılmasına 2015-ci ildən başlanılıb.
5 il ərzində ümumillikdə 679308 müayinə aparılıb. 23 min 283 nəfərdə talassemiya, 2364-də sifilis, 675-də QİÇS aşkarlanıb. 2015-ci ildən indiyə kimi 252 cütlüyün hər ikisində daşıyıcılıq olub.