Bakıda 20 məktəbin direktoru yerdəyişmə ilə digər məktəblərə təyinat alıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, 18 direktor tutduğu vəzifədən azad edilib. Həmin direktorlardan 14-ü yaş həddi, 4-ü isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
Həmin məktəblər aşağıdakılardır:
19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262 və 322 saylı orta məktəblər.
İdarədən bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə təhsil nazirinin əmrilə yeni direktor təyin edilib.
Bundan əlavə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıblar.