BSU-nun kafedra müdiri koronavirusdan öldü - FOTO
07 iyul 2020 09:36 (UTC +04:00)

BSU-nun kafedra müdiri koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova COVID-19-dan ölüb.

Universitetin prorektoru Xanım Sultanova sosial şəbəkədə bildirib ki, koronovirus BSU-dan da yan keçməyib:

“BSU-nun  rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı kədər içindədir. Çox ağır dərddir. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Özümə yer tapa bilmirəm!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4450
avatar

Oxşar yazılar