Azərbaycanda  zavod direktoru cəzalandırıldı - SƏBƏB
20 avqust 2020 13:02 (UTC +04:00)

Azərbaycanda zavod direktoru cəzalandırıldı - SƏBƏB

Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb. 

Bu haqda Lent.az-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib. O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb. 

Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10 min manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3022
avatar

Aygün İbrahimli

Oxşar yazılar