Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyaya yerləşdirilənlərin sayı 345 nəfərdir.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, xəstələrdən 68 nəfəri süni nəfəs cihazına qoşulub.
Qeyd edək ki, bu günədək Azərbaycanda 26 165 nəfər COVID-19-a yoluxub, onlardan 17 256-sı sağalıb, 334 nəfəri isə ölüb.