Azərbaycanda son sutkada COVID-19-a yoluxmada azalma müşahidə edildi: sağalanlar çoxalır
01 avqust 2020 17:00 (UTC +04:00)

Azərbaycanda son sutkada COVID-19-a yoluxmada azalma müşahidə edildi: sağalanlar çoxalır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12547
avatar

Oxşar yazılar