Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 343 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 48 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 22 990 nəfər COVID-19-a yoluxub, onlardan 14 093-ü sağalıb, 292 nəfəri isə ölüb.