Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.
MTRŞ-dan Lent.az-a bildirlib ki, iclasda avqustun 1-10-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
Avqustun 4-də “Lider” televiziya kanalının efirində saat 20.00–21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində avqustun 22-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, avqustun 10-da “ATV” televiziya kanalının efirində saat 16.00–17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində avqustun 20-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.