Azərbaycanda avqustun 31-dək tətbiq olunacaq məhdudiyyətlər- SİYAHI
03 avqust 2020 16:28 (UTC +04:00)

Azərbaycanda avqustun 31-dək tətbiq olunacaq məhdudiyyətlər- SİYAHI

Avqustun 31-i saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlər qüvvədə saxlanılıb.

APA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə aşağıdakı məhdudiyyətlər qüvvədədir:

- ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;  (xüsusi və çarter reysləri istisna olmaqla)

 -xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;  (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)

-ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

 -tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

 - iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

 - əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

 - idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

 -mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

 -dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

 - toy məclislərinin təşkilinin qadağan olunması;

 - bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

-bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

 -ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;-

  tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

 -massaj və hamam xidmətlərinin göstərilməsi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5419
avatar

Oxşar yazılar