Azərbaycan hökuməti vaksinlərlə bağlı araşdırma aparır - RƏSMİ
03 avqust 2020 17:23 (UTC +04:00)

Azərbaycan hökuməti vaksinlərlə bağlı araşdırma aparır - RƏSMİ

“Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır: “Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209
avatar

Oxşar yazılar