Yaxın bir neçə gündə Azərbaycan ərazisində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir.
Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, avqustun 26-27-də bölgələrdə əsasən yağmursuz hava olacaq. Lakin ayın 27-də axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gündüz 25-30 dərəcə, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında isə ayın 26-27-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşayət olunacaq.
Mülayim cənub küləyi əsəcək. Gündüz arabir güclənəcək. Temperatur gündüz saatlarında 25-29 arasında dəyişəcək.