Ağacları qanunsuz budayan cərimələndi
10 avqust 2020 17:09 (UTC +04:00)

Ağacları qanunsuz budayan cərimələndi

Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

Xidmətin rəis müavini Ramal Bağırov Lent.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanovun qanunsuz olaraq 3 şam ağacının gövdəsinin üst hissəsindən budadığı məlum olub. Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.

R.Bağırovun sözlərinə görə, hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova “məcburi göstəriş” verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3025
avatar

Aygün İbrahimli

Oxşar yazılar