Abşeron Olimpiya İdman Kompleksi 3 il öncə -2017-ci ildə açılıb. Kompleksin açılışına hələ bir neçə ay qalmış nəinki kompleksin ətrafı, yaxınlıqdakı ərazilərdə də təmizlik işləri aparılmış, asfalt yollar xüsusi vasitələrlə yuyulmuşdu. Elə indi də Bakı-Sumqayıt yolu ilə gedənlər ətrafda səliqə ilə salınmış çəmənlik görürlər. Amma yalnız uzaqdan. Kompleksin yaxınlığında, yan tərəfində elə yerlər var ki, hazırda tamamilə zibilliyə çevrilib. Bu səbəbdən ətrafda xoş olmayan mənzərə yaranıb.
Lent.az ərazidən çəkilən fotoları təqdim edir.