190 manat almayıb ictimai iş təklifinə razılaşmayanlarınların sayı AÇIQLANDI
07 avqust 2020 12:16 (UTC +04:00)

190 manat almayıb ictimai iş təklifinə razılaşmayanlarınların sayı AÇIQLANDI

"Birdəfəlik ödəmə alacaq şəxslərin siyahısına düşmürəm deyən, amma özünü aztəminatlı hesab edən şəxslər üçün ikinci proqram təklif olunur".

APA-nın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, həmin şəxlərə ictimai işlər təklif olunur: "İctimai iş yalnız süpürmək, silmək deyil. Siyahıda başqa iş təklifləri də var. İctimai işlərdə işləyənlərin də əməkhaqqısı aylıq minumum orta əmək haqqından az olmur".

Nazir qeyd edib ki, 190 manat imtina alan, şikayət edən kifayət qədər şəxs olub: "Burada maddi imkanı yüksək olanlar müəyyən olundu. Son 3 ayda aztəminatlılıq meyarına görə, 190 manatdan imtina alan ictimai iş təklif edilən 20 minə yaxın şəxs (1%) bununla razılaşmayıb".

S.Babayev bildirib ki, pandemiya dövründə bir çox iş yerlərinin bağlanması qaçılmaz idi: "Kimsə zəmanət verə bilməzdi ki, bağlanan iş yerlərində çalışanların hamısı iş tapacaqdı".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1960
avatar

Oxşar yazılar