Ölümün qarşısında, zəfərin qucağında səhra paradı
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibəti ilə Bakıda keçiriləcək parada hazırlıq getdiyinə dair xəbəri dəqiqləşdirmək istəyən bir əsgərin arzusunu eşidəndə, varlığımda əzəmətli bir dönüş yarandı. Keçirdiyim hissləri Sizlərlə bölüşmək səlahiyyətini qələmimə etibar edirəm.
Həmsöhbətim olan əsgər, hələ bir neçə gün əvvəl arzulayırdı ki, iyunun 26-da Cənab Ali Baş Komandan parad başlayanda, nizami keçidini başa vuran bütün canlı qüvvənin texnikayla birgə Qarabağa yollanması əmrini verə...
- Niyə?
- Gedib, paradı Şuşada davam etdirək!
Vaxtımız az olduğundan ayrılmalı idik. O, Ağdam istiqamətində ön cəbhədə qulluq edir. Yəqin səngərə tələsdiyindən mənimlə uzun-uzadı danışmaq istədiklərini yarımçıq saxlamaq məcburiyyətində idi. İmkan tapıb həmin əsgərə deyə bilmədiklərimi də bu yazının sətirlərinə əlavə edirəm:
Səngərdə keçən hər dəqiqə paraddır
...Narahat olma. Bir gün arzularını reallaşdırmaq şansını verəcəklər sənə. Amma bil ki, Azadlıq meydanında keçirilən paradla Sənin səngərdə keçirdiyin dəqiqələrin heç bir fərqi yoxdur! Əsgər mundiri öz-özlüyündə bir səngərdir. Harada olmağından asılı olmayaraq, sən əsgər geyimindəsənsə, deməli, bu məmləkətin şərəfini qorumaq məsuliyyətini də özündə daşıyırsan.
Həmin əsgərlə söhbətimdən cəmi iki gün sonra Füzuli istiqamətində Azərbaycan Müdafiə Nazirliyinin təşkil etdiyi bir tədbirdə idim... Gördüyüm mənzərələrdən duyduğum qürur və fərəhi ifadə etməyə söz tapa bilmədim. Həmin dəqiqələrdə, Bakıda keçiriləcək paradla Füzulidə, cəbhə xəttində keçirilən təlim-məşğələ keçidini müqayisə etməyə çalışdım. Fərq çox idi. Amma bu fərqlərin hamısını bir yerə toplayıb tükənməz gücə çevirən müqəddəs bir ünvan var - VƏTƏN SEVGİSİ. Dalğalanan üçrəngli bayrağımızın kölgəsində nə varsa, gözəldir!
Səhra paradı
Burada hərbi orkestrin bütün vəzifələrini təkcə döyüş təbili daşıyır. Burada canlı qüvvə, zirehli texnika və ağır artilleriya qurğuları yox, əsgərin tüfəngindən, texnika və toplarından açılan atəşin güllə və mərmiləri sırayla irəli hərəkət edir! Burada məqsəd nizami keçid yox, düşmənin nizamını pozmaqdır. Burada əsgər nidası “Azərbaycan Respublikasına xidmət edirəm” yox, burada əsgərin hayqırtısı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda irəli”dir!
Bütün nizami paradlar səngərdən keçən SƏHRA PARADI ilə tamamlanır! Çünki cəbhədən uzaqda Əsgər Şərəfini öyrənən əsgər öz ŞƏRƏFini səngərdə qoruyur!
“Səhra pələngi”nin nəriltisi...
Səhra baxış keçidinə Azərbaycan Ordusunun T-72-lərdən ibarət tank tağımı start verdi. Ən müasir avadanlıqlarla modernləşdirən bu zirehli maşınların hərəkətindən doğan uğultu və titrəyiş heç də uzaqda olmayan və cəbhənin bu tərəfində baş verənlərin mahiyyətini olduğu kimi başa düşən ermənilər tərəfindən də eşidilirdi. İşğal etdikləri Azərbaycan torpaqlarında dəfələrlə görüntü xatirinə hərbi təlim keçirən ermənilər təmas xəttinin 5-10 addımlığında peyda olan tankları görüncə, nələr keçirib, onu bir olan Allah bilir.
Səhra filarmoniyası
Tankların ardınca piyadaların, topçuların, zenitçilərin atəş səslərindən yaranan “səhra filarmoniyası”nın başa çatmasını heç istəmirdim... Yazının əvvəlində həmsöhbətim olan əsgər kimi mən də, iriçaplı silahların, texnikanın yaratdığı toz-dumanın ta Şuşanın, Laçının dağlarına qədər uzanıb getməsini istəyirdim... Eşitməkdə olduğum ən əzəmətli musiqinin - Azərbaycan əsgərinin silahından qopan şaqqıltının məşhur mahnımızda deyildiyi kimi, Xanın ifasında Qarabağ şikəstəsinin havalanıb dağlara, ellərə-elatlara yayıldığı tərzdə qarşımızda məlun dayanan dağlardan eşidilməsini istəyirdim...
Səhrada behişt qoxusu
...Əsən meh topun-tüfəngin nəfəsini düzənliyin əynində əsgər geyiminə bənzəyən yovşanın ətri ilə qarışdırıb ətrafa yayırdı. Hələ 1993-1994-cü illərdə səngərdə duyduğum barıt iyini heç kəsin fərqinə varmayacağı şəkildə, görməmişcəsinə ciyərlərimə çəkirdim. Məndən özgə gələn qonaqların hamısı silah-sursatla maraqlanırdı. Mənimsə gəncliyim top-tüfəngin arasında keçdiyindən, başqa bir aləmə qapılmışdım: səhradan gələn barıt və yovşan ətrinin qarışdığı behişt qoxusunu ciyərlərimə çəkməklə məşğul idim. Sözün həqiqi mənasında behişt qoxusu-qarşı tərəfdən mehə qoşulub doğma ciyərlərə dolmaq arzusunda olan tapdalanmış Vətən güllərinin, çiçəklərinin ətri mənə intizar haqda nəğmə oxuyurdu...
Səhrada sevgilər zirehdən olur!
- Düzlən! Farağat!
... Bu nida xəyallarımda qurduğum dünyadan ayrılmağa vadar etdi məni. Gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan əsgəri qonaqlarını yola salmaq üçün düzülmüşdü.
Qayıtmalı idik. Amma nə ürəyim, nə də ayaqlarım heç yana tərpənmək istəmirdi səngərdən. Bu dəfə də ayrılmalı oldum. Amma nə yaxşı ki xəyallarımı, düşüncələrimi heç bir qüvvə heç vaxt səngərdən ayıra bilməz. Çünki qarşımda cərgədə dayanan əsgər geyimli Vətən oğullarının içində daşıdığı zireh libaslı sevgidən mən o qədər qürur duymuşam ki... Bütün zirehləri dələ bilən güllə var. Vətən sevgisini isə sıradan çıxara biləcək nə top, nə tank, nə də başqa silah növü yoxdur...
“Vətən Sənə canım fəda!” - Bu nida dilindən əskik olmasın Azərbaycan əsgəri!
Teymur ZAHİDOĞLU

649