Qarabağlı Saleh Bəy: “Mən üç yeni elmin əsasını qoymuşam” - FOTO
Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib. Bundan sonra bir müddət elmdən uzaqlaşaraq, Neft Daşlarında işləyib. 3 il burada çalışdıqdan sonra isə yenidən elmə qayıdıb. Bu dəfə fizika sahəsinə. Fizika üzrə həm namizədlik, həm də doktorluq işini isə Moskva Universitetində müdafiə edib. 20 il Sibirdə yaşayıb, işləyib. 1988-i ildə Qarabağ hadisələri başlayandan sonra isə təqaüdə çıxaraq, özünü bütünlüklə elmə, yaradıcılığa həsr edib.
“Mənim elmi sahədə gördüyüm işin onda birini ümumilikdə Azərbaycan Elmlər Akademiyası görməyib. Mənim heç bir işim tədqiqat formasında deyil. Bütün işlərim kəşf formasındadır. Tamamilə yeni elm sahəsi, üsul açıram. Ona görə də mənim işlərimin əksəriyyəti Rusiyada, Amerikada, Londonda, Berlində, Avropanın digər böyük şəhərlərində elmi dərgilərdə çap olunub. Nyu-Yorkda, Moskvada, Kembricdə kitablarım dərc edilib. SSRİ-də birinci dəfə Nyu-Yorkda keçirilən böyük bir simpoziumda mənim işimə istinad olunub. Temperaturun dəqiq təyin edilməsi sahəsində Avropa, Amerika və Yaponiya alimlərini qabaqlamışam. Mənim işimin səviyyəsi müqayisəsizdir. Azərbaycanda hamı tədqiqatla məşğuldur. Mənsə heç vaxt tədqiqatla məşğul olmamışam. Özüm yenilik gətirmişəm. Bir Yusif Məmmədəliyev yeni sahə yaratmışdı. O mənim elmi işimin də rəhbəri olub. Ondan başqa ikinci bir alim tanımıram ki, elmə yeni kəşf gətirsin”.
Humanitar elmlər sahəsini bir elm kimi inkar edir. Bununla bağlı 8 cildlik, 3500 səhifəlik “Dünyanın taleyi” külliyyatını yazıb. Külliyyatın daha 2 cildini yazacaq və ümumilikdə 10 cildə çatdıracaq. Humanitar elmlər adlanan sahədə əslində elm adında heç nəyin olmadığını iddia edir. Özündən qabaq heç kimin belə bir iddia ilə çıxış etmədiyini deyir.
“Mən fəlsəfəni elm saymıram. Fəlsəfə elm deyil. Tarix də elm deyil. Hər kəs öz subyektiv baxışlarına görə, tarixi bir cür yazır. Bu, elm ola bilməz. Mən 8 cildlik əsərimdə bunu arqumentlərlə sübut etmişəm. Ancaq bu əsas məsələ deyil. Əsas məsələ odur ki, bunun yerinə mən nə verirəm? Mən üç yeni elmin əsaslarını qoymuşam”.
Humanistika – Bu, İnsaniyyət haqqında elmdir. Bütün bu müharibələr insaniyyət elmi öyrənilmədiyinə görə baş verir. Bu, insan təfəkküründən danışır. Bu, həm də ruh haqqında elmdir. Ruhu heç kim öyrənmir. Təbiətdə nə yaranıbsa, hamısını ruh yaradıb.
Gerontoetika – Bu, Gerontologiya elminə uyğunlaşdırılıb. Ancaq Gerontologiya təklikdə heç nə vermir. Əsas məsələ insanın düşüncəsi, əsəblərinə olan təsirlərdir. Bütün xəstəliklərin kökündə bu yatır. Etika isə insanın özünü aparma qaydaları ilə bağlıdır. Bu iki elmi birləşdirmişəm. Sübut etmişəm ki, həyatla, çox yaşamaqla əlaqəli bütün məsələlərin kökündə etika yatır.
Bəyterapiya – “Dünyanın taleyi” külliyyatının 5-ci cildində bu barədə yazmışam. Bunu öz adımla uyğunlaşdırmışam. Bu nədir?! Xəstəliklərin müalicəsində dərman yoxdur. Çox xəstəliklər var ki, əslində xəstəlik deyil. Xəstəlik odur ki, onlar viruslar hesabına əmələ gəlir. Ancaq insanın bədənindən çıxan ağrılar xəstəlik deyil. Misalçün, ürək ağrısı xəstəlik deyil. Bu o deməkdir ki, ürək ona kömək edilməsini istəyir. Həkimlər bunu bilmir, ürəyin ağzına yastıq basırlar, səsi kəsilir. Ürək ağrısına ağrıkəsici dərman verirlər. Bu, vəhşilikdir. Sonu isə infarktdır. Ürəyi Bəyterapiya ilə müalicə etmək lazımdır. Su terapiyası ilə qaşınmanı müalicə edirəm.
“Bu kitab bir gün bütün ailələrdə olacaq. Alanlar mənə deyir “çox sağol, sağaltdın bizi”. Bundan başqa mən İlahiyyatşünaslıq elminin yaradılmasının tərəfdarıyam. Bütün dinlərin, təriqətlərin alimləri yığışsın bir yerə, bütün dinlərin ən yaxşı dəyərlərini bir yerdə toplasın və ümumi bir İlahiyyatşünaslıq elmi yaradılsın, ancaq bu tədris edilsin. O zaman dünyada müharibələr də olmaz”.
Növbəti külliyyatında quşlar haqqında yazacaq. Deyir, quşlar insandan sonra Allahın yaratdığı ən dəyərli canlıdır, onlar dünyada oksigenin mənbəyidir. Quşların Allahın varlığının yeganə sübutu olduğunu isbat edəcəyini iddia edir. Elminin dövlət tərəfindən qayğı görməsini, institutlarda öyrənilməsini istəyir. Ümumilikdə 16 kitab müəllifidir. Yaratdığı elmlərin gələcək nəsillər tərəfindən öyrəniləcəyinə böyük inam bəsləyir.
P.S. Lent.az-ın kollektivi Qarabağlı Saleh Bəyi 90 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür arzulayır.

3491