Unudulan unudulmazlar…
İki gün sonra hamı onlardan danışacaq… Bir vaxtlar tarixin qəhrəmanı idilər, indi günün qəhrəmanı olacaq, şənlərinə təriflər yağdırılacaq, barələrində çəkilmiş filmlər ekranları bəzəyəcək… Onlar İkinci Cahan Savaşının qanlı-qadalı döyüş meydanlarında çiyin-çiyinə vuruşduqları milyonlarla əsgər yoldaşlarını itirib müharibədən qalib çıxsalar da, ZAMANın yaşam adlı meydanında - həyat qarşısında məğlubcasına bir-birilərini itirməyə davam elədilər…
İllər keçdikcə, tarixə “Şanlı Sovet Əsgəri” sözünü yazmış bu qəhrəmanlar əsalara, qoltuq ağaclarına söykənə-söykənə gəldikləri yollarda bir-bir, ikibir, üçbir müasir tariximizin oxunmayan səhifələrinə dönürlər.
Onlar bəlkə də əsən əllərinin bir daha silah tuta bilməyəcəyini düşündükcə, qədləri xiffətdən bükülür, xiffətini çəkdikləri düşüncənin qarşısında “ağ bayraq qaldırıb məğlub olmaq”dansa, ağ kəfənə bürünüb həyatdan getməyi üstün tuturlar - Sıraları hər gün seyrəlir ölümün gözünə həmişə dik baxıb qalib gəlməyi bacaran Şanlı Sovet Əsgərinin…
Azərbaycanın istənilən bölgəsində 1941-1945-ci illərdə həlak olan döyüşçülərin xatirəsinə ucaldılmış abidələr indi heç də arzuolunan kimi qəbul edilmir. Bu abidələr daha təmtəraqla ziyarət olunmur, ətrafı təmizlənmir, yan-yörəsindəki dəmir hasarlar, mühafizə vasitələri al rənglənmir. Sanki onlar həyatdan köçdükcə, özlərinə aid abidələrin gözəlliyini, səliqə-səhmanını da özləri ilə götürüb tarixə qovuşdururlar. Onlar həmişə özlərinə aid olan Vətənə də, Bayrağa da, Silaha da, hətta adları həkk olunmuş daş parçalarına da sahib çıxmağı bacardılar. Həm də kişi kimi bacardılar.
Onlar bir vaxtlar öz ölkələrinin sərhədlərini, şəhərlərini, kəndlərini, körpəsini, ahılını, qız-gəlinini necə qorumuşdularsa, şanı-şərəfi uğrunda döyüşdükləri Sovet ölkəsi yer üzündən silinsə də, ona məhəbbətlərini öz əlilliklərində, sinələrində gəzdirdikləri orden və medallarda, o vaxtdan saxladıqları əsgər mundirində qorudular və hələ də qoruyurlar!
Bəs biz necə, onları qorumaq üçün nələr elədik? Sualın cavabı yazının sonunda sizə təqdim etdiyimiz fotoşəkillərdə var. Ağdam, Ağcabədi, Bərdə, Tərtər və demək olar ki, rayonlarımızın hamısında Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələrin hamısı az qala uçulub-dağılmaq üzrədir. Daha doğrusu kəndlərin əksəriyyətində artıq bu abidələrdən əsər-əlamət belə qalmayıb. Doğrudanmı, bu abidələrə ehtiyac yoxdur?!
Sovet hökumətinin 1942-ci il 27 aprel tarixli notasında faşistlərin partizanlara qoşulmuş döyüşçülərə qarşı tətbiq etdikləri ağır işgəncələr haqqında beynəlxalq ictimaiyyətə xəbər verilmişdi və burada adları çəkilənlər içərisində azərbaycanlı Cəfər İsmayılzadə, Əlibəy Quluzadə, İslam Məmmədəli oğlu, Əsgər Mustafa oğlunun da adı var idi (Bax: “Pravda”, 28 aprel 1942).
Hələ 1942-ci ildə “Pravda”nın barələrində yazdığı qəhrəmanların adı həkk olunmuş abidələr indi uçulub-dağılır. Bu bizim dünənimizə, qəhrəmanlıq tariximizə münasibətimizin ən bariz nümunəsidir…
Biz Vətən daşına dönən Sovet Azərbaycanının 300 min vətəndaşına artıq ögey münasibət bəsləyirik. Amma bilməliyik ki, Azərbaycanın İkinci Dünya Müharibəsində itkisi Amerika Birləşmiş Ştatlarının itkisindən çox olub. Bilməliyik ki, Hitlerin Qafqazı tutmaq arzusuna köklənmiş “Edelveyus” planının tərkib hissəsi-məhz Bakının işğalına hesablanmış. “Ost” planını düşmənin gözündə qoyan qəhrəmanlara laqeydlik sabah özümüzə yönələcək münasibətin rüşeymləridir.
Təkcə 1941-ci ilin iyun ayının 23-dən 27-nə qədər 4 min nəfərdən çox azərbaycanlı oğlan və qız könüllü olaraq ön cəbhəyə yollanıb. Cəmi iki aydan sonra - avqustda onların sayı 123 min nəfər, ilin sonunda isə 187 min nəfər olub. 1945-ci ilin may ayının ilk günlərində isə həlak olan azərbaycanlı əsgərlərin sayı artıq 300 mini ötürdü…
Qısa müddət ərzində 508 yaşayış məntəqəsini hər cür təchizata malik alman ordusundan öz həmvətənləri ilə birlikdə azad edən general Həzi Aslanovu, Azərbaycandan gəlib səngərlərdə silaha sarılan Vətən oğulları ilə çiyin-çiyinə Krımdan ta Berlinədək 11 min kilometrlik döyüş yolu keçən general Heybət Heybətovu, 20 nəfərlə 1000 nəfərdən çox almana qarşı vuruşub 400 nəfər düşməni məhv edən və onu geri oturdan İsrafil Məmmədovu, həkim, tibb bacısı, təyyarəçi, snayper, kəşfiyyatçı, rabitəçi olmuş 10 min nəfərdən çox Azərbaycan qızını, Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş 416-cı Taqanroq diviziyasının, 22.996 hitlerçi əsgər və zabiti məhv edib 5474 faşisti əsir alan qəhrəmanlarını və 100 minlərlə azərbaycanlı Sovet əsgərini bu gün uçulub-dağılan abidələrlə xatırlamaq görəsən hansı ölçüyə sığır?
P.S. “Danışır Sovet Məlumat Bürosu!” Bu nidanı indi də eşidəndə insanı elə duyğular bürüyür ki, bir anda özünü qəhrəman və qalib hesab edirsən.
İndi, Sovet Məlumat Bürosu danışmasa da, bugünkü nəsillərə o dövrün azərbaycanlı qəhrəmanları haqda danışan Böyük Vətən Müharibəsi abidələri də susmaq üzrədir… Üzərində “1941-1945” yazılmış abidələr də İkinci Cahan Savaşının veteranları kimi bir-bir bizi tərk etmək üzrədirlər. Biz o müharibənin acılarından tez qəhrəmanlarını unudacağıq deyəsən!
P.P.S. “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün!” İndi də müharibə gedir - indi biz bu abidələri sabahkı Qələbəmiz üçün qorumalıyıq! Çünki cəbhəmiz var, Qələbəyə gedən yollar isə mütləq qəhrəmanlıq tariximizin dünən yazılmış səhifələrinin sətirləri arasından keçəcək!
Teymur Zahidoğlu

1119