Sanitarlar gücləndirilmiş rejimdə işləyir
27 iyun 2009 18:00 (UTC +04:00)

Sanitarlar gücləndirilmiş rejimdə işləyir

Yaya mövsümünün başlanması zəhərlənmə və infeksion xəstəliklərin yayılma riskini artırıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yay mövsümünün başlanması ilə ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Belə ki, dövlət sanitar xidməti orqanları qida zəhərlənmələrinin, infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xüsusi tədbirlər görəcək.

Mərkəzdən Lent.az-a bildiriblər ki, gücləndirilmiş iş rejimi sentyabrın ortalarınadək davam edəcək. Bu müddət ərzində satış obyektlərində qida məhsullarının keyfiyyətinə nəzarət gücləndiriləcək, küçə ticarətinin qarşısının alınması üçün mütəmadi reydlər keçiriləcək. Bundan başqa, xüsusi ekspedisiya qrupu çimərliklərdə daimi yoxlama və monitorinqlər aparacaqlar.

Mərkəzdə deyirlər ki, havaların isti keçməsi, çimərlik mövsümünün başlanması infeksion xəstəliklərin yayılması ehtimalını bir qədər də artırıb. Bu səbəbdən bütün dövlət sanitar xidməti orqanları xoşagəlməz hadisələrin baş verməməsi üçün əlaqələndirilmiş formada fəaliyyət göstərəcəklər. Xüsusən tez xarab olan ərzaq məhsullarının satışdan çıxarılması, yoluxucu xəstəliklərin yayılması riskinin azaldılması istiqamətində mütəmadi monitorinqlər keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar