Azərbaycana siqaret qadağası gəlir
Milli Məclisin yaz sessiyasında “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin yeni variantının müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir. Bu barədə APA-ya qanun layihəsinin müəlliflərindən olan parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Qanun layihəsinin 3 il əvvəl hazırlandığını və ictimai müzakirəsinin aparıldığını deyən M. Quliyevin sözlərinə görə, Azərbaycan 2005-ci ildə Tütün istehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub. Layihə hazırlanarkən, eləcə də ötən dövrdə bəzi yeniliklərin daxil edilməsi zamanı bir sıra ölkələrin, xüsusilə də bu sahədə qanunvericiliyin ən effektiv təmin olunduğu Türkiyənin təcrübəsi öyrənilib: “Ötən ilin dekabr ayının sonlarında Türkiyəyə səfər edərək bu ölkənin mövcud qanunvericiliyini yaxından öyrəndik. Qanunvericiliyin tətbiqi, cərimələr və icra ilə bağlı müvafiq qurumlarda görüşlərimiz oldu. Artıq bizə bu qanunun Azərbaycanda qəbulu, tətbiqi və icrası ilə bağlı ümumi vəziyyət aydınlaşıb”.
Qanun layihəsi yanvarın sonlarında Milli Məclisin üzvləri, müvafiq hökumət strukturları və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunacaq. “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanunda siqaret çəkməyin tam məhdudlaşdırılmasına dair konkret müddəa olmadığını söyləyən M. Quliyev sənəddə əksini tapacaq bəzi məqamları da açıqlayıb. Millət vəkilinin sözlərinə görə, qanun qapalı yerlərdə, təhsil və səhiyyə müəssisələrində, təhsil müəssisələrinin (bağçalar, orta və ali məktəblər və s.) ətrafında, ictimai iaşə obyektlərində, vağzallarda, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkilməsini qadağan edir. Qanun layihəsində “qapalı yer” anlayışının da izahı verilib: “Əvvəlki layihədə iş yerlərində və mehmanxanalarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulurdu. Biz layihədə bu müddəanı çıxardıq. Yəni iş yerlərində siqaret çəkilməsi üçün ayrıca yerlər olmayacaq. Mehmanxanalarda isə siqaret çəkənlər onlar üçün nəzərdə tutulan xüsusi otaqlarda yerləşdiriləcəklər”.
Qanunun qəbulundan sonra qanunu pozanlara qarşı tətbiq olunacaq cərimələrə gəlincə, M. Quliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin ediləcəyini vurğulayıb. Artıq cərimələrlə bağlı ilkin təkliflər də var. Belə ki, əvvəllər cərimələr fiziki şəxslər üçün 50 manat, hüquqi şəxslər üçün 200 manatdan 300 manatadək nəzərdə tutulsa da, hazırkı layihədə bunun daha da sərtləşdirilməsi təklif edilib. Yeni təklif qəbul olunarsa, qanunu pozan fiziki şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər isə 500 manatdan 5000 manatadək cərimə ödəməli olacaqlar.
Azərbaycanın siqaretin ən ucuz qiymətə satıldığı ölkələrdən olduğunu xatırladan M. Quliyev siqaret istehlakının məhdudlaşdırılması üçün tütün və tütün məmulatlarına tətbiq olunan vergilərin artırılması üçün Vergi Məcəlləsinə dəyişikliklərin ediləcəyini də bildirib.

1179