3 illik sosial layihəyə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin (DƏM) Potensialının Artırılması layihəsinin icrasına başlanılıb. “Sosial Müdafiənin İnkişafı” layihəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Jalə Əzizova Lent.az-a bildirib ki, 3 illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, DƏM-in potensialının gücləndirilməsinə dəstək vermək məqsədi ilə bir çox fəaliyyətlər həyata keçirəcəyi nəzərdə tutulur. Bu fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunmasına xidmət edəcək.
Jalə Əzizova bildirib ki, Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihə AETS-in (Fransa) rəhbərlik etdiyi və digər 4 tərəfdaşın daxil olduğu beynəlxalq konsorsium - GVG (Almaniya), BILSP (Bolqarıstan), BAD (Almaniya) and APAVE (Fransa) - tərəfindən icra olunur. Beynəlxalq ekspertlər qrupuna Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld rəhbərlik edir. Onun sözlərinə görə, “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsinin məqsədi Əməyin Mühafizəsi üzrə norma və standartların inkişaf etdirilməsi, sosial dialoqun aparılması üçün müvafiq şəraitin yaradılması, hərtərəfli və qarşılayıcı yanaşmalar üzrə imkanların artırılması, laboratoriyaların müasirləşdirilməsi, iş yerlərində Əməyin Mühafizəsi üzrə standartların tətbiq olunması və cəmiyyətin məlumatlandırılması səviyyəsinin yüksəldilməsi ilə Dövlət Əmək Müfəttişliyinin potensialını genişləndirməkdir.
Layihənin birinci ili ərzində (2011-ci ilin avqust ayına kimi) əməyin mühafizəsinə dair qanunvericilik aktları, DƏM-in əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq. Həmçinin ölkə səviyyəsində (əməyin mühafizəsi üzrə Milli Şura), regional səviyyədə, sənaye və istehsal sektorları səviyyəsində əməyin mühafizəsi üzrə sosial dialoqun (dövlət, işəgötürənlər və həmkarlar ittifaqları arasında müzakirə) təşkili strukturu nəzərdən keçiriləcək və inkişaf etdiriləcək. DƏM-in lazımi informasiya əldə etməsi, prioritetləri müəyyənləşdirməsi və qabaqlayıcı planlaşdırma tədbirləri mexanizmlərinin inkişaf etdirməsini asanlaşdırmaq məqsədi ilə əmək müfəttişlərinin təlim ehtiyacları təhlil olunacaq və iş yerləri haqqında məlumat bazası işlənib hazırlanacaq. Layihə çərçivəsində 2011-2013-cü illərdə DƏM-in həyata keçirdiyi siyasətlər, əməliyyat prosedurları və etik davranış öhdəliklərinin inkişafı etdirilməsi, müfəttişlərə təlimlər keçirilməsi və DƏM-in laboratoriya avadanlıqlarına qoyulan tələblərin hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda həyata keçirilən “Sosial Müdafiənin İnkişafı Layihəsi” ölkə əhalisinin sosial rifah səviyyəsinin yüksəldilməsi, eləcə də sosial müdafiə və əmək bazarı institutlarının inkişaf etdirilməsi və potensialının artırılması məqsədi daşıyır. “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsi isə “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində icra edilir.
Elxan SALAHOV

634