Yanvarın 1-dən bütün işçilər sığortalanmalıdır
03 yanvar 2011 15:35 (UTC +04:00)

Yanvarın 1-dən bütün işçilər sığortalanmalıdır

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunu 2011-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu, həm də o deməkdir ki, yanvarın 1-dən işçilərini sığortalamayan müəssisə və təşkilatlar cərimə olunacaq.


Lent.az-ın məlumatına görə, Milli Məclisin İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır. Qanuna əsasən, işçilərini icbari sığorta növü üzrə sığortalamayan müəssisə yanvarın 1-dən 1500 manat məbləğində cərimə olunacaqlar. Tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək.


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilir.


Risk dərəcələri və işçilərin kateqoriyalar üzrə icbari sığorta tarifləri bu cür müəyyən edilib:


Peşə riskinin sinfi

Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (%-lə)

Qulluqçu heyəti üzrə

Fəhlə heyəti üzrə

1

0,2

0,4

2

0,2

0,5

3

0,2

0,6

4

0,2

0,8

5

0,2

0,9

6

0,3

1,0

7

0,3

1,2

8

0,3

1,4

9

0,4

1,5

10

0,4

1,6

11

0,4

1,7

12

0,5

1,8

13

0,5

1,9

14

0,5

2,0



Xatırladaq ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun icrasına nəzarəti Dövlət Əmək Müfəttişliyi, Tibbi Sosial Ekspert Komissiyaları və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti həyata keçirəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1529

Oxşar yazılar