Hicab diskussiyaları: yüz il əvvəl və indi
Azərbaycanda islam dininin aliliyi qəbul edilir, insanların dini etiqad azadlığına hörmət və ehtiramla yanaşılır. Lakin son vaxtlar gənc qızların hicab örtməsi ilə bağlı müzakirələr medianın gündəmindən düşmür. Təhsil naziri Misir Mərdanov da jurnalistlərə müsahibəsində məsələnin mahiyyətini və məktəbli qızların forma geyməsinin zəruriliyi ilə bağlı fikirlərini çox incəliklə ifadə etdi. Məktəbli forması təkcə dərsə hicabla gəlmək niyyətində olan qızlara deyil, bəzən geyiminin əks-reaksiya doğuracağını düşünməyərək açıq, uzunluğu normaya uyğun olmayan ətəklər, yaxud müxtəlif görünüşlü şalvarlar «nümayiş etdirən»lərə də şamil edilmiş bir tədbirdir. Vahid məktəbli geyiminin tətbiqi yeni məsələ deyil. Oxucuların nəzərinə çatdıraq ki, Azərbaycanda vaxtilə gimnaziya və progimnaziyalarda xüsusi geyim formaları tətbiq olunub.
Hər bir şəxsin özünü ifadə azadlığı mövcud olsa da, yaş dövrünün xüsusiyyətləri nəzərə alınmalıdır. Hələ yetkinlik yaşına çatmamış qızlar bəzən ətraf aləmə romantik düşüncələrlə baxır, nə iləsə fərqlənməyə çalışır. Belə bir hal isə onun hicabı mənasını başa düşərək qəbul etməsini sual altında qoyur. Digər tərəfdən dərsə hicabla gəlmək onun yaşına uyğun davranmasına maneə törədir, müxtəlif komplekslər yaradır, həmyaşıdları ilə münasibətlərinə xələl gətirir. Onu da deyək ki, bu yaşda qadağalar bəzən yeniyetmələrdə əks reaksiya doğurur. Ona görə valideynin məktəbli qızların ətraf aləmə baxışlarına ehtiyatla yanaşıb, onu söhbətə cəlb etməsi, maarifləndirməsi və qanunlarımıza hörmət yolunda tərbiyələndirməsi zəruridir.
Bu gün mediada gedən müzakirələr ötən əsrin əvvəllərində Azərbaycan ziyalılarının və mətbuatının qadınların savadlanması, öz hüquqlarını anlaması və bir şəxsiyyət kimi azad olması uğrunda apardığı mübarizənin tarixini və gedişini geniş ictimaiyyətə çatdırmağın nə qədər mühüm olduğunu bir daha sübut edir.
Maarifçilik hərəkatının təsiri ilə XX yüzilliyin ilk illərindən məktəblər açılmasını, oğlanlarla birlikdə qızların da təhsilə cəlb olunmasını artıq qəbul edənlər hicabın ləğvi məsələsinə çox ağrılı yanaşır, bu fikri yaxına buraxmaq istəmirdilər. Artıq qadınlar da mətbuat orqanlarına məktublar yazır, müzakirələrdə iştirak edirdilər. 1904-cü ildə «Bir xanım» imzası ilə «Şərqi-Rus»a göndərilən məktubda müəllif Qurandakı «ən-Nisa» surəsinin 31-ci ayəsinin məzmununu «nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq» kimi mülahizə edib, yazırdı: «Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar...»
Müəllif, «Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz» - deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: «Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?»
Mətbuatda qadın problemləri ilə bağlı fikirlər ictimaiyyətə iki istiqamətdə çatdırılırdı. Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri qadına cəmiyyətin tam hüquqlu üzvü kimi baxır, mətbuatda onun azad olması, təhsil alması, sosial həyata qovuşması kimi məsələlər qaldırırdılar. Onların önündə Ə. Ağayev, M.Şahtaxtılı, C.Məmmədquluzadə, Ömər Faiq və başqaları ilə yanaşı, ali dini ruhani silkinin nümayəndələri - Cənubi Qafqazın ali ruhanilərindən şeyx ül-islam Axund Əbdülsalam Axundzadə, Molla Məhəmməd Pişnamazzadə, müfti Hüseyn Əfəndi Qayıbov dayanırdı. Digər qrup isə çadranı namus mücəssəməsi, ilahi göstəriş hesab edərək «qadın övladının tərbiyəçisi olduğuna görə oxumalıdır, yalnız çadranı tərk etməməlidir» - kimi fikirlər yayırdılar.
Azərbaycanın görkəmli ziyalılarından olan Əhməd bəy Ağayev Bakıda böyük nüfuza malik şəxslərdən idi. Dövrü mətbuatda islamın siyasi, ideoloji, etik, iqtisadi, hüquqi və fəlsəfi problemlərinə dair əsərlər, məqalələr çap etdirirdi. «Həyat», «İrşad», «Tərəqqi», «Proqress» qəzetlərində redaktorluq fəaliyyəti zamanı mədəni-maarif ocaqları, xeyriyyə cəmiyyətləri yaratmaq üçün Qafqaz türklərini birliyə çağırmış, dini xurafata, cəhalətə qarşı çıxmışdır.
Əhməd bəy Ağayev qadın intibahı tərəfdarı idi və bu barədə öz düşüncələrini hələ 1901-ci ildə « Kavkazski vestnik» jurnalının 3-cü sayında dərc olunmuş «İslam dinində və islam aləmində qadın» əsərində ifadə etmişdi. Əsər çox tez məşhurlaşmışdı və dövrün tərəqqipərvər ziyalıları tərəfindən təqdir edilmişdi.
Əsərdə Ə.Ağayev nəinki təkcə Azərbaycan, həmçinin bütün müsəlman qadınlarının keçmişi, bu günü, gələcəyi ilə bağlı problemlərə toxunurdu. Müəllif yazırdı ki, feminizmin bu qədər sürətlə irəlilədiyi, Avropa və Amerikada patriarxal ailənin bünövrəsinin dağıldığı, qadına öz taleyi üzərində düşünmək, indiyədək kişilərin inhisarında olan peşələrdə çalışmaq imkanı verildiyi halda, Asiya və Afrikada islama itaət edən qadınlar ən adi insani hüquqlardan məhrumdurlar. Müsəlman qadının ağır və cahil həyatı, bütün çətinliyinə baxmayaraq, indiyədək güclü etiraz doğurmayıb və qaneedici islahatçı meydana çıxmayıb. Hərdənbir Türkiyə və Misir mətbuatında müsəlman qadının cəmiyyətdə və ailədə dözülməz vəziyyəti, onların fiziki və əqli inkişafının qarşısını alan «buxovlardan» azad edilməsi zərurəti ilə bağlı səslər yüksəlir, lakin onlar hələ cəsarətsiz, zəif və birbaşa yox, eyhamlarla deyilmiş sözlərdir. Onlar müsəlman cəmiyyətinə xüsusi təsir gücünə malik deyillər. Konstantinopol və Qahirədə, digər şəhərlərdə qadınlar üçün təhsil müəssisələri açılsa da, onlar onsuz da hər gün Avropa və avropalılar ilə təmasda olan yüksək dairələri əhatə edir.
Ə.Ağayev müsəlman qadınının vəziyyətindən danışarkən ali silki deyil, əsasən əksəriyyət təşkil edən kütləni nəzərdə tuturdu. Müəllif əsərdə qadının əsarətdə qalmasının səbəblərini Məhəmməd peyğəmbərdə və islam dinində axtaran Qərb ideoloqlarına cavab verir, Məhəmməd peyğəmbərə qədərki dövrdə onların İranda və Ərəbistandakı hüquqsuz vəziyyətini misallarla sübut edir və göstərirdi ki, keçmişdə İranda qadın bütünlüklə kölə sayılırdı. Qanunlar qadının alınıb-satılmasına icazə verirdi. Onlar ailədə kişidən asılı idi və kişi onunla ev heyvanı səviyyəsində rəftar edirdi. Ərəbistanda isə ailədə qız övladının doğulması ən pis əlamət sayılırdı. Onlar körpə qızları diri-diri quma basdırır, satır, yaxud hər hansı bir ev heyvanına dəyişirdilər. Nikah təsadüfi və formal xarakter daşıyır, nə qanunlar, nə adətlər, nə də maddi və mənəvi öhdəliklərlə möhkəmləndirilmirdi. Qadınlar və kişilər bir-birini istədikləri vaxt tərk etməkdə azad idilər. Ərəblərin ailə həyatı qadının qohumları tərəfindən güclü qisas qorxusu yarana biləcəyi zaman davamlı olurdu. Məşhur ərəblər 15, 20 bəzən 100 arvad alırdı. Bu qadınlar bütün hüquqlardan məhrum idilər. Onlar nə öz ərlərindən, nə də öz kişi qohumlarından heç bir irs almırdılar. Ata adət üzrə öz qızının həyatını istədiyi kimi idarə edirdi. Beşik yaşından kimə istəsə vəd edə və ya nişanlaya bilərdi.
«İslam dinində və islam aləmində qadın» adlı elmi, tarixi, publisistik əsərində Əhməd bəy Ağayev islam dininin qadına ailə və nikah məsələlərinin həllində, məişətdə verdiyi hüquqlar üzərində dayanır. Ə. Ağayev yazır ki, Məhəmməd Peyğəmbər özünün ilk nəsihətlərində qadına münasibətdə mövcud olan vəhşi adətlərə qarşı çıxdı. Quranda qadına böyük bir hissə ayrıldı. «Ən-Nisa» surəsi göstərir ki, qadına necə böyük əhəmiyyət verilmişdir: «Allahdan qorxun. O kişilərlə qadını eyni maddədən yaratmışdır». Qurana görə ərli qadın tam hüquqlu vətəndaşdır. O, öz əmlakına sahib olmaqda və onu idarə etməkdə azaddır. Quran zorakı evliliyin əleyhinədir. Quran həmçinin qız uşaqlarının diri-diri quma basdırılıb məhv edilməsinə qarşı çıxdı: «Öz uşaqlarınızı öldürməyin».
Rəvayətə görə, islamı yenicə qəbul etmiş Beniamin tayfasından olan Kays Asim Məhəmməd Peyğəmbərin yanına gələrkən onun kiçik bir qızcığazı öpüb-oxşadığını görür və soruşur: - Oxşadığın bu quzu kimdir? Məhəmməd Peyğəmbər qürurla cavab verir: - Bu, mənim qızımdır! «Allahım! Mənim çoxlu belə uşağım olub. Mən onların heç birini öpmədən hamısını diri ikən basdırmışam. «Bədbəxt»- deyə Məhəmməd Peyğəmbər onu ittiham edir: - «Deməli, Allah sənin ürəyini bütün insani duyğulardan məhrum edib. Sən insana verilən hüdudsuz həzzlərdən məhrumsan».
Digər bir nəsihətində Məhəmməd Peyğəmbər «Allah cənnəti anaların ayaqları altında yaradıb» - demişdir. Beləliklə, qadını mənəvi cəhətdən yüksəldən Məhəmməd Peyğəmbər onlara bir çox müasir ölkələrin qanunlarından, məsələn, fransız qadınlarının arzuladığından da üstün hüquqlar verdi. Bu qanunlara görə, qız övladları ata və anadan vərəsəliyi qəbul edə bilər. Valideynlər yetkinlik yaşına çatmamış qızları sata və ya taleyi ilə bağlı heç bir göstəriş verə bilməzlər. Onlar öz arzularına rəğmən ailə həyatı qurmaqda sərbəst idilər. Qurana görə, ərdə olan qadın tam hüquqlu vətəndaşdır.
Müəllif əsərdə çoxarvadlılıq üzərində də dayanır. O, qeyd edir ki, Məhəmməd Peyğəmbərə qədərki dövrdə Ərəbistanda və qonşu ölkələrdə tam və sərhədsiz poliqamiya - çoxarvadlılıq hökm sürürdü. Bu, bir tərəfdən Şərqə məxsus kök atmış adətlərlə, digər tərəfdən Şərq ölkələrinin təbiəti və burada yaşayan insanların çılğın olması ilə bağlı idi. Məhəmməd Peyğəmbər qanuni qadınların sayını dördə endirməklə yanaşı, elə şərtlər qoydu ki, bu, istər-istəməz təkarvadlılığa gətirib çıxaracaqdı. Bu şərtləri ən əsasları aşağıdakılardır: ər bütün arvadlarına qarşı ədalətli olmalı, onları eyni dərəcədə sevməlidir. Lakin bu mümkündürmü? Bu suala Quranda belə cavab verilir: Lakin siz öz tərəfinizdən arvadlarınıza qarşı nə qədər ədalətli olmağı arzu etsəniz də, bu, insanın qüvvəsi xaricindədir. Hamısını eyni dərəcədə sevmək mümkündürmü? Çoxarvadlılar belə halda daim günah işlədəcəklər.
Bəs nə etməli? Bu sualın da cavabını Quranda tapmaq mümkündür: Siz öz tərəfinizdən arvadlarınız arasında ədalətli olmayacağınızdan qorxursunuzsa, onda yalnız birini seçin, bu, ədalətsizliyə yol verməmək və günah işlətməmək üçün ən düzgün yoldur.
Əhməd bəy Ağayev Məhəmməd Peyğəmbəri örtülülüyü «tətbiq etdiyinə görə» mühakimə edənləri də haqsız sayır və çadra örtməyın bir çox dövlətlərdə hələ Məhəmməd Peyğəmbərdən əvvəl bir adət şəklində mövcud olduğunu yazırdı.
O, belə qənaətə gəlirdi ki, Məhəmməd Peyğəmbərin dövründə çılğın, yarımçılpaq bədəvilər dəstə-dəstə onun hədislərinə qulaq asmağa gəlir və peyğəmbərin qarşısında namünasib vəziyyətdə əyləşirdilər. Bu, peyğəmbəri mənən sıxmış və utandırmış, göylərə müraciətinə vəhy gəlmişdi: «Ucadan danışmayın, özünüzü ədəblə, ləyaqətlə aparın, bədəninizi örtün».
Bədəvi kişi və qadınlar o vaxtdan bədənlərinin beldən aşağı hissəsini örtdülər. Lakin sinə, boyun, baş yenə açıq qaldı. Yenidən göyə müraciət etmək lazım gəldi. Bu dəfə örpək haqqında ayə nazil oldu: «Saçları örtmək lazımdır ki, boyunu və sinəni Ərəbistan günəşinin qızğın şüalarından qorumaq mümkün olsun».
Müəllif belə nəticəyə gəlir ki, ərəblər çadranı Məhəmməd Peyğəmbərdən xeyli gec, işğallardan sonrakı dövrdə digər xalqlarla əlaqələr yarandıqdan sonra tətbiq etdilər.
Əhməd bəy əsərdə türk yazıçısı Fatma Aliyənin də çadra ilə bağlı mülahizələrindən söz açır və çadranın meydana gəlməsi barəsində onun irəli sürdüyü gümanlardan birini oxucuya çatdırır. «Fakt faktlığında qalır» - deyə Fatma Aliyə «Məşhur müsəlman qadınları» əsərində yazırdı ki, heç nə peyğəmbərin işıqlı obrazına kölgə sala bilməz. Tarixdən məlumdur ki, Məhəmmədin və ilk xəlifələrin vaxtında qadınlar kişilərlə sərbəst danışır, hər iki cinsdən olan adamları qonaq kimi qəbul edir, məscidə və digər ictimai yerlərə gedirdilər.
Fatma Aliyə müsəlman qadınların təkamül dövrünü dörd mərhələyə bölür: birinci üç dövrdə müsəlman qadını bir şəxsiyyət kimi inkişaf edib yüksəklərə qalxır, sonuncu Abbasilər dövrünün əvvəlində də hələ öz statusunu bir müddət qoruyub saxlaya bilir. Bu dövrdə də saray qadınlarının və qızlarının tərbiyəsi ilə şair və yazıçı kimi şöhrətlənən qadınlar məşğul olurdular. Oxumuş qadınlar şəxsi salonlarını açır, oraya Avropada məşhur elm, mədəniyyət xadimi kimi şöhrət qazanmış qadınları dəvət edir, diskussiyalar keçirirdilər.
Fatma Aliyə qeyd edirdi ki, IX-X əsrlərdə ərəb xilafətində qadının vəziyyəti hələ kifayət qədər müstəqil və azad idi. Onlar kişilər və qadınlar üçün ortadan iki hissəyə bölünmüş geniş çadırlarda yaşayırdılar. Qadınlar üçün hissə «hərəm» adlanırdısa, bu hələlik avropalı qadınlara məxsus salon mənasını ifadə edirdi. Ev sahibəsi orada öz qonaqlarını qəbul edir, ədəbi gecələr, qəbullar keçirirdi.
Belə qəbulların keçirilməsi bahalı geyimlər üçün vəsait, vaxt və zəhmət tələb edirdi. Bütün bu əziyyətlərdən yaxa qurtarmaq üçün Suriya, Mesopotamiya və İranda çiyinə bahalı parçadan pərdə atmaqla altda qalan sadə geyimi gizlətmək və qonaq qəbul etmək adətə çevrildi. Bu, ərəblər arasında qadının süqutunun başlanğıcını qoydu. İllər ötdükcə qadın azadlığı sönür, hərəmlərin sərbəstliyi itirdi. Hərəmlərin boğucu atmosferində müsəlman qadını bitki həyatına bənzər bir həyat sürməyə başlayırdı.
Ə.Ağayev əsərdə qadın intibahı ilə bağlı cəsarətli fikirlər söyləyir, vəziyyətdən çıxış yolunu göstərirdi. O, müsəlmanların mənəvi, maddi və siyasi yüksəlişini iki mühüm problemin həllində görürdü: qadın məsələsi və əlifba islahatı. O yazırdı: «Təkrar edirik: nə Quran, nə şəriət özlüyündə tərəqqinin əleyhinə deyil; yalnız onun daşıyıcıları şeyxlər və üləmalar öz mənfəətləri naminə onlara sivilizasiya ilə barışmazlıq xüsusiyyəti verməyə çalışırlar». O, güclü islahatçının meydana çıxması ilə problemin həllinin mümkün olacağını yazırdı: «Misirdə belə islahatçı Məhəmməd Əli oldu. Misir şeyx və üləmalarını bir yerə toplayıb onları üçqat düzülmüş sədaqətli əsgərləri ilə dövrəyə aldı və onları özünün hazırladığı islahatı imzalamağa məcbur etdi».
XX əsrin əvvəllərində mətbuatda qadın azadlığı, hicabın ləğvi uğrunda gedən müzakirələr zamanı tez-tez xatırlanan «İslam dinində və islam aləmində qadın» əsəri ictimai fikrin inkişafına, cəmiyyətin fanatik üzvlərinin bu sahədə islahatlara hazırlanmasına kömək göstərdi, müsəlman aləmində qadın azadlığına yeni baxışın əsasını qoydu. Yaxşı olardı ki, bu əsər kitabça şəklində dərc edilsin və gənc nəslin maariflənməsində bir vasitə kimi istifadə olunsun.
Amalya Qasımova,
tarix elmləri namizədi

1473