Su müharibələri başlayacaqmı? - ARAŞDIRMA
Çilidə güclü qar, Avropada, Pakistanda leysan yağışları yağdı. Ayrı-ayrı ölkələrin ərazilərində torpaq sürüşmələri və digər təbii fəlakətlər baş alıb gedir. İnsanlar sel suları, quraqlıq, yanğınlar və dağıntılarla üz-üzə qalıb, işıq, qaz, su və ərzaq təminatı pozulub. Ayrı-ayrı ölkələrdə müəssisələrin və nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb.
Fəlakət respublikamızdan da yan keçməyib. Yaz-yay arası Kür və Araz çaylarında suyun səviyyəsi kəskin artıb, çayətrafı yaşayış məntəqələrini su basıb. 5000 nəfərdən çox əhali evlərindən təhlükəsiz ərazilərə köçürülüb. Yaranmış təhlükəyə qarşı dövlət bütün mümkün tədbirləri həyata keçirib.
Qlobal bir təzad içərisində yaşayırıq. Bir yandan bu gün dünya ərazisinin böyük bir hissəsi su altında batır. Digər tərəfdən quraqlıq hökm sürür, ayrı-ayrı dövlətlər su qıtlığına görə, az qala müharibə həddindədir. Maraqlıdır, deyilmi? Əslində isə, ümumilikdə, dünyada içməli su qıtlığı mövcuddur. Planetimizin su ehtiyatının 97 faizdən çoxu içməyə yararsız şor sulardır. Nəzərə alsaq ki, içməli su mənbələri qurunun ayrı-ayrı ərazilərində qeyri-bərabər şəkildə paylanıb, həqiqətən də qorxunc mənzərə yaranır. Şimal və cənubda buzlaqlar, ekvatora yaxınlaşdıqca quraqlıq və səhralar uzanıb
gedir. Əhalinin sayı artdıqca suya olan ehtiyac da sürətlə çoxalır. Yalnız son on ildə suya olan tələbat on dəfədən çox artıb. XXI əsrin əvvəllərində dünya əhalisinin 1 milyard nəfərdən çoxu təmiz su əldə edə bilmir. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 2,6 milyard nəfəri kanalizasiya sistemindən məhrumdur.
Bu o deməkdir ki, bu insanlar su mənbələrindən ən azı 1 kilometrdən çox məsafədə yaşayırlar. Onlar su ehtiyaclarını kanallar, arxlar, mühafizə olunmayan quyular, irriqasiya kanalları və kiçik sututarlar hesabına ödəyirlər. Aydındır ki, belə su mənbələrindən ərazidəki heyvanlar da istifadə edir. Deməli, bu sular ölümlə nəticələnə biləcək xəstəliklərə səbəb olan zərərli bakteriyalarla çirklənib. Təəssüf ki, bir sıra ölkələrdə vəziyyət insanların iradəsindən asılı olmayaraq belədir. Onların seçimi yoxdur və çirkli
suyu içmək məcburiyyətindədirlər.
BMT-nin bu mövzuda hazırladığı hesabatlarda dünya əhalisi arasında su bölgüsü problemi belə şərh olunur: Avropada adambaşına sutkalıq su sərfi orta hesabla 200-300 litrdir. Amerika Birləşmiş Ştatlarında 575, Arizona ştatında su 1000 litrə çatır(!).
İnkişaf etməkdə olan ölkələrdə suyu əllə daşıyırlar. Bu suyu isə kiçik qızlar və qadınlar uzaq məsafədən daşıyırlar. Belə ailə, ən azı, gündə 100 litr, yəni, təxminən adambaşına 10 litr su işlədir. Bu, əsasən kasıblıq içində yaşayan ölkələrdə belədir. Bu ölkələrdə su satışda olsa belə, əhalinin təmizlənib qablanmış su almağa imkanı da yoxdur.
İsti, quraq və əhalisinin əksəriyyəti kasıblıq həddindən də aşağı vəziyyətdə yaşayan Keniyada insanların gündəlik su tələbatı sərin iqlimli Paris və Londondakından dəfələrlə çoxdur. Bir nəfərin sutka ərzində 200 litr su ehtiyacı vardır. Bu tələbat ödənmirsə, təmizlik barədə danışmağa da dəyməz. Amerikalılar şüşə qablarda ildə 25 milyard litr mineral su alıb içə bilirlər. Bu da Seneqalda 2,7 milyon nəfərin istifadə etdiyi içməli sudan dəfələrlə çoxdur. Unutmayaq ki, Seneqalda eyni sumən bəyindən heyvanlar da
istifadə edir.
Bu səbəblərdən də su qıtlığı dövlətlərarası münasibətləri çox ciddi gərginləşdirməkdədir. Mübahisələr münaqişələrə çevrilir və müharibə təhlükəsi yaradır. Tələbatını öz suyu ilə ödəyə biləcək ölkələrlə yanaşı, dünyanın qırxa yaxın ölkəsi - Latviya, Slovakiya, Özbəkistan, İsrail, Türkmənistan, Rumıniya və s. öz tələbatını ödəyə bilmir. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da var. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi xaricdən - Kür və Araz çayları ilə Türkiyədən, Samur çayı vasitəsilə Rusiyadan gəlir.
Su problemi çağdaş dünyada o qədər ciddidir ki, su qıtlığının gələcək müharibələrə yol aça biləcəyi gözlənilir. Ekspertlərin fikrincə, yanacaq-enerji mübahisələri və münaqişələri başlamazdan əvvəl SU MÜHARİBƏLƏRİ baş verə bilər. Dünyada artıq su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri mövcuddur. İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər su uğrunda mübahisələr münaqişələrə çevrilmək üzrədir. Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İran ilə İraq arasındakı su münaqişələri həllini gözləyir. Bu münaqişələrin sülh yolu ilə həlli o qədər də real görünmür. Burada çıxış yolu birgə-dövlətlərarası sutəmizləyici zavodların tikintisi ola bilər. Zəngin ərəb dövlətləri bunu
edə bilsə də bir sıra inkişaf etməkdə olan dövlətlər üçün bu xəyal olaraq qalır.
Türkiyənin cənubunda, Fərat çayının başlanğıcında bəndlər tikintisinə hazırlıq görülür. Bu layihə baş tutarsa, tarixdə olduğu kimi, çox ciddi münaqişələr baş verə, Suriyaya daxil olan suyun miqdarı maksimum azala, buradakı bəndlər isə İraqa axan suyu daha da azalda bilər.
İsrail, Fələstin, Livan və Həbəşistan da daimi su qıtlığından əziyyət çəkir. Regionda axan İordan çayı o qədər də sulu deyil və tədricən su azalmaq üzrədir. Həm də İsrail sudan istifadəyə dair çox ciddi kvotalar qoyur, bu da ərəb dünyasında narazılıqla qarşılanır. Regionda su uğrunda mübarizənin əsas səbəbi isə İsrailin 1967-ci il müharibəsində zəbt etdiyi Colan yüksəkliyidir. İordan çayı bu ərazidən keçir, ümumisrail kəmərini su
ilə təchiz edən Tiveriad gölü də burada yerləşir.
Su mübahisələri hələ tam formalaşmamış Şanxay Əməkdaşlıq Təşkilatını parçalanma həddinə gətirmək üzrədir. Su problemi bu təşkilata üzv dövlətləri qarşı-qarşıya qoyub. Söhbət transsərhəd çayları olan Amurdərya və Sırdərya çayları yataqlarındakı proseslərdən gedir. Qırğızıstanda və Tacikistanda suya daha çox ehtiyac qış aylarına düşür - elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə artıq suyu çaylara buraxırlar. Nəticədə, qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır.
Bu ölkələrdə isə əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər - pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır. Hələlik ki, Orta Asiyada bu çox ciddi problem öz həllini tapa bilmir.
Bizdə isə vəziyyət tam başqadır. Ölkəmizin su təminatı əsasən xaricdən daxil olan çaylar vasitəsilə ödənilir. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi kənardan gəlir. Lakin adambaşına – kvadrat kilometr hesabı ilə düşən suyun miqdarı Gürcüstanda bizdəkindən 5-7 dəfə, Ermənistanda 2,5-3 dəfə çoxdur. Bu da təbiidir. Əhalimiz çoxdur, ərazimiz genişdir, üstəgəl suvarılan torpaqlarımız dəfələrlə artıqdır, sənayemizdə daha çox texniki sudan istifadə edilir. Həmçinin ərazimizin çoxu quraqlıq sahələrin payına düşdüyündən təbii buxarlanma da yüksəkdir.
Adambaşına düşən suyun miqdarının az olmasından başqa, içməli və digər istifadə üçün su ölkə ərazisinə çox çirkli vəziyyətdə daxil olur. Xüsusilə Gürcüstan və Ermənistan ərazisindən daxil olan çayların gətirdiyi sular təhlükəli həddədir.
Çaylar Türkiyə ərazisində göz yaşı kimi təmiz olduğu halda, Gürcüstan və Ermənistan ərazisinə daxil olduqdan sonra həddindən artıq çirklənir. İlk dəfə olaraq 2005-2006-cı illərdə Türkiyə ərazisində AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları akademik Məmməd Salmanovun rəhbərliyi ilə mikrobioloji və hidrokimyəvi tədqiqatlar aparıblar. Sübut olunub ki, Türkiyədə Kür və Araz çaylarına axan bulaqlar, çaylar tər-təmizdir və orada həmin çayların çirklənmə ehtimalı da yoxdur. Axarlar boyu cəmi bir neçə yaşayış məntəqəsi var ki, burada da çirklənmə müşahidə olunmur. Ermənistan və Gürcüstanın bütün sənaye müəssisələrinin tullantıları, təmizlənməmiş kanalizasiya suları Kür və Araz
çaylarına axıdılır. Çirkabın miqdarının çoxluğundan hətta 200 kilometr məsafədə belə çaylar özlərini təbii yolla təmizləyə bilmirlər. Bu göstərici dünya miqyasında transsərhəd çaylarında görünməmiş bir rəqəmdir. Bu problem yalnız Stokholm Konvensiyası çərçivəsində öz həllini tapa bilər. Respublikamızın dövlət orqanlarının apardıqları araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, qonşu dövlətlərin ərazisindən çaylara atılan tullantıların miqdarı təhlükəli surətdə artmaqdadır.
Onsuz da müharibə ocağı olan Qafqazda su münaqişələri də ciddi qarşıdurmaya aparır.
Ağarəsul MƏMMƏDOV, kimya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1269