Unun bahalaşması çörəyin qiymətinə təsir edib – ARAŞDIRMA
“APA-ECONOMICS”in apardığı araşdırmalara əsasən, Bakının çörək bazarında ən böyük oyunçulardan biri olan və çörəyin qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu oynayan “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi çörəyin pərakəndə satış qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılıb. Qiymətlərin artımı müəssisənin çörəyini satan bütün satış nöqtələrində müşahidə olunur.
“Sərham” “MMC-nin özündə isə çörəyin qiymətinin artırılmadığı bildirilir. Zavodun baş texnoloqu Zərbəli Quliyev “APA-ECONOMICS”ə bildirib ki, hazırda müəssisə çörəyi əvvəlki kimi iki çəkidə (550-560 qram və 780-820 qram) buraxır. Şirkət 550-560 qramlıq çörəyi yenə də 25 qəpiyə (mağazada 30 qəpiyə), 780-820 qramlıq çörəyi isə 35 qəpiyə (mağazada 40 qəpiyə) satır. Bu gün baş verən dəyişikliklər isə zavodun 40 qəpiklik çörəklərin istehsalını artırması ilə bağlıdır. Buna səbəb belə çörəklərin istehsalı zamanı itkilərin nisbətən az olmasıdır.
Çörək istehsalı prosesinin detallarını izah edən texnoloqun sözlərinə görə, kiçik ölçülü çörəklərin istehsalı zamanı hər çörəkdən itki 120 qram, iri çörəklərin istehsalında isə təqribən 100 qram təşkil edir: “Bunu nəzərə alanda zavodda hər gün 2 tonluq itki yaranırdı. Ona görə zavod iri çörəklərin istehsalını artırmağı, nisbətən kiçik çörəklərin istehsalını isə azaltmağı qərara alıb. Belə ki, indiyədək zavodda hər gün 30 min kiçik, 30 min böyük çörək istehsal olunurdusa, indi kiçik çörəklərin istehsalı 20 minə düşüb, iri çörəklərin sayı isə 40 minədək artırılıb”.
Mütəxəssisin sözlərinə görə, çəki və qiymət dəyişmələri əhali üçün nəinki ziyanlı, əksinə, hətta sərfəlidir: “Dəyişmələrdən sonra əvvəlki pulla indi daha çox çəkiyə malik çörək almaq olur”.
Qeyd edək ki, adı çəkilən müəssisənin istehsal etdiyi çörəyin qiyməti ilə yanaşı, çəkisinin də təqribən 250 qram artdığını satış məntəqələri də təsdiqləyib.
Zavodda dəyişikliklərin son günlər taxılın və unun qiymətinin artması ilə əlaqəli olmadığını desələr də, etiraf edirlər ki, qiymət artımı nəticəsində bir qədər əvvəl çörəklərin çəkisində müəyyən azalma baş verib: “Budəfəki dəyişiklik isə yalnız itkiləri azaltmaq məqsədi daşıyır”.
Xatırladaq ki, son günlər Bakının topdansatış məntəqələrində unun qiymətinin sürətlə artması müşahidə olunur. İki gün əvvəl kisəsi (50 kq) 21-22 manata satılan “Jalə” və “Karnaval” ununun qiyməti indi müvafiq olaraq 24,5 manat və 25 manata qalxıb. Topdansatış mağazaları və dəyirmanlarda bunu taxılın bahalaşması ilə izah edirlər. Ölkənin şimal regionlarını və Bakını unla təmin edən “Dəvəçi Dəyirman” MMC-nin direktoru Nazim Ağayev “APA-ECONOMICS”ə bildirib ki, dəyirmanın istifadə etdiyi Qazaxıstandan gətirilən taxılın qiyməti son bir ayda 1 ton üçün 60 ABŞ dolları bahalaşıb: “Bir ay əvvəl Qazaxıstandan taxılın tonunu 280-285 dollara alırdıq, indi bu qiymət 330-335 dollara qalxıb. Bunun üstünə ƏDV-ni də gələndə, qiymət fərqi 60-65 dollara çatır”. Taxılın qiymətindəki dəyişiklik nəticəsində dəyirmanın istehsal etdiyi unun kisəsinin qiyməti də 18 manatdan 20 manata (dəyirmandan satış qiyməti) qalxıb.
Bununla yanaşı, ticarət məntəqələrində bildirirlər ki, unun bahalaşmasına baxmayaraq, əhali arasında una və çörəyə tələbat dəyişməyib.
Qeyd edək ki, son vaxtlar unun qiymətinin artması Bakının bəzi çörək sexlərində buraxılan çörəyin nisbətən yüngülləşməsi ilə nəticələnib. Eyni qiymətə satılan çörəyin çəkisi 80-100 qram azalıb. Analoji dəyişikliklər ölkənin regionlarında da müşahidə olunub. Göyçay, Ucar və Zərdab rayonlarında son günlər unun və çörəyin qiymətində kəskin artım müşahidə olunur. Bir neçə gün əvvəl 20 manata satılan un kisəsi indi Ucar rayonunda 24 manata, Göyçayda 24,5 manata, Zərdabda 25 manata satılır. Burda çörək əvvəlki kimi 30 qəpiyə satılsa da, onun çəkisi 200 qram azalaraq 450 qrama düşüb.
İqtisadi İnkişaf Nazirliyindən isə “APA-ECONOMICS”ə bildirilib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq malları, o cümlədən çörək bazarında mütəmadi monitorinq aparır.

773