Səlim Müslümov neft pulları hesabına pensiyaların artırılmasından danışdı
“Azərbaycanda iqtisadiyyatın inkişafı, əhalinin pul gəlirlərinin artımı bazar iqtisadiyyatı qanunlarına söykənir. Eyni zamanda, dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi prinsiplərinə də sadiqdir və ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin uzlaşdırılması aydın bir konsepsiyadır”.
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “yap.org” saytına müsahibəsində belə deyib. Fond sədri bildirib ki, bazar iqtisadiyyatının sərt tələblərinin əhalinin həyat səviyyəsinə təsirini tənzimləmək üçün tətbiq olunan sosial müdafiə tədbirləri içərisində pensiyaların artımı məsələsi xüsusi yer tutur: “Doğrudur, Avropa ölkələri səviyyəsində daha yüksək pensiya təminatına nail olmaq hər birimizin arzusudur. Bu bizim əsas hədəfimizdir. Amma qəbul etməliyik ki, biz bunun üçün ilk növbədə həmin yüksək pensiya məbləğlərini verəcək pensiya sistemini formalaşdırmalı və inkişaf etdirməliyik. Bu sistemin isə öz qanunları, inkişaf prinsipləri var. Burada təkcə istəklərlə davranmaq mümkün olsaydı, nə biz, nə də bütün dünya ölkələri sərt bazar qanunlarına cavab verən sistemləri yaratmaq və prinsiplərini qorumaq məcburiyyətində qalmazdı”.
Səlim Müslümov deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafına uyğun əməkhaqqı fondu, ödənən sosial sığorta haqqı, bunun ardınca isə pensiyalar uzlaşdırılmış templərlə artmaqdadır. Onun sözlərinə görə, dövlətin əsas vəzifəsi ilk növbədə bu həlqəni qurmaq, daha sonra isə onu bazarın mənfi təsirlərindən qorumaqdır: “Qürur hissi ilə söyləyə bilərəm ki, ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi vasitəsilə buna tam nail olunub və bu sistemlə real iqtisadiyyatın inkişafının pensiya məbləğlərinin artımı ilə uzlaşdırılması mexanizmi yaradılıb. Göstəricilərə diqqət yetirək: son 4 il ərzində qeyri-neft sektorunda artım 2,6 dəfə təşkil edib və əhalinin gəlirləri də 2,6 dəfə yüksəlib. Pensiyanın minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Burada bizim əsas vəzifəmiz həmin həlqəni və makroiqtisadi tarazlığı qorumaqla inkişaf etməkdir. Həm də bir cəhətə xüsusi fikir vermək lazımdır ki, pensiya sistemini ölkə iqtisadiyyatı ilə uzlaşdıran, başqa sözlə, tarazlığı şərtləndirən başlıca vasitə maliyyələşmənin sosial sığortalanma vasitəsilə qurulması məsələsidir”.
Fond sədri bildirib ki, neft ixracından daxil olan vəsait hesabına pensiyaların sürətlə artırılmasının mümkünlüyü barədə səslənən fikirlərə münasibət bildirib. O qeyd edib ki, neft ixracından daxil olan vəsait və ya digər mənbə hesabına pensiya sisteminə əlavə maliyyə dəstəyindən söhbət gedirsə, bu proses də idarəedilən olmalıdır: “Ən azı ona görə ki, sosial təbəqəyə verilən hər hansı bir məbləğ heç vaxt azaldıla bilməz və artırılma istiqamətində davam etməlidir. Bu gün Azərbaycanın neft ixracından əldə etdiyi vəsait, bunun makroiqtisadi göstəricilərdən asılı olaraq kapitallaşdırılan və cari büdcəyə transfer edilən hissəsi hamıya bəllidir. Əgər neft ixracından daxil olan vəsaiti kapitallaşdırmadan bir çox xərclərin, o cümlədən pensiya məbləğlərinin 2-3 dəfə artırılmasına yönəldəriksə, onda mən belə bir sual ortaya çıxır: gələcəkdə neftdən daxilolmalar azalmağa doğru gedərsə, biz pensiyaların məbləğini azaltmalıyıqmı? Buna görə də hamımızın arzu etdiyi məqsədlərə çatmaq üçün hədəflərin düzgün seçilməsi, tarazlaşdırılmış inkişaf prinsiplərinə riayət olunması çox vacibdir”.
Elxan SALAHOV

758