BAMF-da Abşeron Sosial Layihəsinin iştirakçıları ilə görüş keçirilib
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Abşeron Sosial Layihəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib. Müxtəlif ali məktəblərdə təhsil alan gənclərin bir araya gəlməsi və inteqrasiyasını təşkil edən bu layihə çərçivəsində il boyu mütəmadi görüşlər keçirilir, cəmiyyətimizi düşündürən müxtəlif sosial və ekoloji problemlər gündəmə gətirilir.
BAMF-ın informasiya departamentindən Lent.az-a verilən məlumata görə, layihənin rəhbəri Bakı Dövlət Universitetinin müəllimi Lalə Bayramova layihənin 2006-cı ildən etibarən hər il keçirildiyini bildirib: “Layihənin əsas məqsədi Azərbaycanın istedadlı gənclərinin həqiqətən lazımlı biliklər ala bilməsinə yönəlmiş elmi informasiyaya sahib olmasını istiqamətləndirməkdir. Abşeron Sosial Layihəsinin iştirakçısı olan hər bir gənc ən azı 3 dildə sərbəst danışmalı; analitik təfəkkür və yaradıcı potensial ilə yanaşı, həm də informasiya texnologiyaları sahəsində mükəmməl bacarıqlara malik olmalıdır”.
L. Bayramova layihə çərçivəsində tez-tez görüş və dəyirmi masaların təşkil olunduğunu qeyd edərək, bu tədbirlərdə gənclərin cəmiyyətdə nüfuzu ilə seçilən şəxsiyyətlərlə fikir mübadiləsinə zəmin yarandığını bildirib.
BAMF sədri Umud Rəhimoğlu gənclərə ilk növbədə rəhbərlik etdiyi təşkilat haqqında qısa məlumat verib: “BAMF Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, yaradıcı ziyalılar və xalq diplomatları tərəfindən yaradılmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycanda media və vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır”. Təşkilatın yarandığı gündən gənclərlə işə xüsusi yer ayırdığını deyən U.Rəhimoğlu onları Azərbaycan həqiqətlərinin, Qarabağ problemi ilə bağlı obyektiv informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında daha fəal mövqe nümayiş etdirməyə çağırıb: “Biz dövlətimizi, ölkəmizi sevməyi öyrənməliyik. İştirak etdiyimiz beynəlxalq tədbirlərdə ölkəmizi daha fəal təmsil etməyə, sözümüzün, səsimizin eşidilməsinə çalışmalıyıq”.
Görüşdə gənclərin nəzərini cəlb edən bir sıra mühüm məsələlər - hazırda Ermənistan işğalı altında olan torpaqlarımızın ekoloji vəziyyəti, Azərbaycanın müxtəlif təbii landşaftlarında nəzərə çarpan antropogen xarakterli transformasiyalar, məmləkətimizin və dünyanın iqtisadiyyatının davamlı inkişafı ilə bağlı təbii komplekslərdə təzahür edən dəyişikliklər, təbii və mədəni irsin mühafizəsi kimi mühüm aspektlər ətrafında fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə iştirak edən BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabirin çıxış da tələbələr tərəfindən maraqla qarşılanıb. BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa tədbirdə çıxış edib.

485