İntihara gətirib çıxaran səbəblər - ARAŞDIRMA
İnsanı canına qəsdə nələr vadar edir?
2010-cu ilin yanvar ayının 1-dən may ayının 1-dək ölkə ərazisində 104 nəfər intihar edib.
Lent.az Daxili İşlər Nazirliyinin rəsmi saytı və KİV-lərdə yayımlanan xəbərlərin statistikasını aparıb. Statistikaya görə, bu vaxt kəsiyində ölkə ərazisində 104 intihar hadisəsi qeydə alınıb. Başqa sözlə 120 gündə 104 nəfər intihar edib.
Canına qəsd edənlərin ən kiçiyinin 11, ən böyüyünün isə 93 yaşı var. 11 yaşlı uşağın intihar hadisəsi bu ilin yanvarında Cəlilabad rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Zülfiyyə Mirzəağa qızı Sadıqova yaşadığı evdə özünü asaraq intihar edib.
93 yaşlı qadının intihar hadisəsi isə bu ilin aprelin 14-də Bakı şəhərində qeydə alınıb. Belə ki, Yasamal rayonu sakini 1917-ci il təvəllüdlü Buqayeva Mariya Fillipovna 4-cü mərtəbədən özünü ataraq intihar edib.
2010-cu ilin yanvar ayı ərzində 19, fevralda 22, martda 27 intihar faktı qeydə alınıb. Apreldə isə bu göstərici rekord həddə çatıb. Belə ki, bu ay 36 nəfər canına qəsd edib.
104 intihar hadisəsindən 31-i Bakı şəhərində baş verib. Bakıdan sonra ən çox intihar hadisələrinin baş verdiyi regionlar isə İsmayıllı, Kürdəmir, Quba, Xaçmaz, Siyəzən, Gəncə, Tovuz, Ucar, Göyçay, Zaqatalada, Bərdə, Qazax, Salyan, Lənkəran, Astara, İmişli, Mingəçevir və Sumqayıt şəhərləridir. 73 intihar faktı yuxarıda sadalanan şəhərlərdə baş verib.
İntihar edənlərin yaşlarına gəldikdə, onlardan 19 nəfəri yetkinlik yaşına çatmayandır. Onların yaşları isə belə sıralanır:
1 nəfər 11 yaş (Cəlilabad sakini)
1 nəfər 12 yaş (Kürdəmir sakini)
2 nəfər 13 yaş (Qazax və Ucar sakinləri)
1 nəfər 14 yaş (Bakı sakini)
3 nəfər 15 yaş (Sabirabad, Qusar, Yevlax sakinləri)
5 nəfər 16 yaş (Bakı, Biləsuvar, İmişli, Astara və Salyan sakinləri)
7 nəfər 17 yaş (İmişli, Zərdab, İsmayıllı, Bakı, Kürdəmir, Astara və Gədəbəy sakinləri)
Sonrakı yaş qruplarına gəldikdə isə, 18-35 yaşlılar arasında 32 intihar faktı qeydə alınıb. İntihar edənlərdən 53 nəfərinin isə yaşı 35-dən yuxarıdır. Bunlar içərisində 40 nəfərin yaşı 60-a qədər, 13 nəfəri isə 60-ın üstündədir.
Canına qəsd edənlərin 79-u kişi, 25-i qadındır.
Apardığımız araşdırmanın nəticələrinə baxsaq, deyə bilərik ki, intiharın yaşı həddindən çox gəncləşib. Yetkinlik yaşına çatmayanlarla 18-35 yaşa qədər olanlar arasında intihar faktlarının sayı bu vaxt kəsiyində baş verən intiharların yarıdan çoxunu təşkil edir.
Dünyada intihar statistikası
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2009-cu il dekabr ayına olan məlumatlarında göstərilir ki, dünyada hər il 1 100 000 nəfər insan intihar edir. İntihar edənlər arasında 350 min çinli, 110 min hindli, 55 min rusiyalı, 31 min amerikalı, 30 min yaponiyalı, 12 min ukraynalı və 10 min fransalı var.
ÜST dünya ölkələrini intihar faktlarının sayına görə 3 qrupa ayırıb: 1) intiharın səviyyəsinin aşağı olduğu ölkələr (hər 100 min nəfərə 10 intihar), 2) intiharın səviyyəsinin orta olduğu ölkələr (hər 100 min nəfərə 10-20 arası intihar), 3) intiharın səviyyəsinin yüksək olduğu ölkələr ( hər 100 min nəfərə 20-dən çox intihar)
Birinci qrupa aid olan ölkələr: İtaliya (7), İngiltərə (7), İsrail (6), Yunanıstan (3), Dominikan (2,1), Gürcüstan (2), Ermənistan (2), Albaniya (1,4), Azərbaycan (1), Qvatamela (0,5), Filippin (0,5)
İkinci qrupa aid olan ölkələr: Fransa (18), Moldova (17), Çin (14), Almaniya (13), Kanada (12), Avstraliya (11,5), ABŞ (11)
Üçüncü qrupa aid olan ölkələr: Litva (42), Latviya (42), Estoniya (38,2), Belarus (37), Rusiya (36), Macarıstan (36), Ukrayna (25), Yaponiya (24)
Statistika onu göstərir ki, son yarım əsrdə dünyada intihar edənlərin sayı 60 faiz artıb. Bu rəqəmlər təkcə intihar edənlərə aiddir. Bundan başqa, intihara cəhd edənlər, yəni özünü öldürmək istəyənlər də vardır. Belə ki, intihara cəhd edənlərin sayı intihar edənlərin sayından 13 dəfə çoxdur.
ÜST intiharın səbəblərinin statistikasını da aparıb. Dünyada baş verən intiharların səbəblərinin 41 faizi bilinmir. Bunun 19 faizi - cəzalanmaq qorxusundan, 18 faizi - ruhi xəstəliklərdən, 18 faizi - məişət zorakılığından, 6 faizi - ehtirasdan, 3 faizi - pul itkisindən, 1,5 faizi – zəngin və doymuş həyat tərzindən, 1,2 faizi isə - fiziki xəstəliklərdən irəli gəlir.
Statistikaya görə, intihar edənlərin əksəriyyəti 15-34 yaş arasındadır. Onların 63 faizini kişilər, 37 faizini qadınlar təşkil edir.
Dünya intihar statistikasında Azərbaycan intihar səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Ölkəmizdə hər 100 min nəfərə düşən intihar faktı 1 nəfərdir. Bu 2009-cu ilin göstəricisidir.
Azərbaycanda intiharların sayının artması hansı amillərlə bağlıdır?
Hüquqşünas Samir İsayev intihar probleminə sosial hadisə kimi baxır: “Şəxsin özünü öldürməsi spesifik bir cinayətdir. Bu şəxsin ağır psixoloji durumu nəticəsində baş vermiş bir hadisədir. Şəxsin düşdüyü maddi və psixoloji vəziyyət və həyatında yaranan digər problemlər onun özünü öldürməyə gətirib çıxara bilir. Hər bir belə hadisənin köklərini araşdırmaq lazımdır. Məhz ona görə yox ki, kimisə məsuliyyətə cəlb etmək üçün. Məhz ona görə ki, intihar hadisələri ilə bir sıra sosial problemlərin sıx bağlılığı var. Bu gün KİV-lərdə yayımlanan informasiyaların, xüsusilə də televiziya kanallarında qorxulu və ciddi sosial problemləri araşdıran filmlərin və verilişlərin göstərilməsi müəyyən bir yaş həddi ilə bağlıdır. Ölkəmizdə bunun üzərində məhdudiyyət yoxdur. Misal üçün, Neft Akademiyasındakı qətliamla bağlı səhnələrin açıq şəkildə efirə verilməsi insanların psixikasına çox pis təsir edir. Eyni ilə Xocalıdakı faciənin görüntülərini yaş məhdudiyyəti qoyulmadan bütün ölkə əhalisinə mütəmadi olaraq göstərilməsi insanların psixologiyasında ağır iz buraxır. İnsan beyni açılmayan bir sirli dünyadır. Heç kəs deyə bilməz ki, həmin verilişlərə baxan insanlar onu necə qavrayacaqlar. Sözsüz ki, bunların müsbət təsiri həmin insanların vətənpərvər ruhda inkişafına gətirib çıxarır. Amma bu psixoloji cəhətdən zəif olan insanların düşüncəsinə çox ağır təsir edir. Digər ölkələrin təcrübələrinə baxaq, çox uzağa getməyək. Qonşu Türkiyədə yayımlanan “Kurtlar Vadisi Pusu” teleserialı başlamazdan əvvəl həm yaş həddi göstərilir, həm də qorxulu film olduğu haqqında xəbərdarlıq edilir. Bu nəyə görədir? Bu valideynlər üçün siqnaldır ki, göstərilən yaş həddindən aşağı olan uşaqların bu seriala baxmasına icazə verməsinlər. Bu çox müsbət bir xəbərdarlıqdır. Çox təəssüf ki, Azərbaycan televiziyalarında belə bir xəbərdarlıq görünmür. İnsanlar hamılıqla zorakılıq səhnələrinə, cinayət hadisələrinə baxırlar, qətlləri görürlər. Bu gün televiziyada qan səhnələri göstərilir. Yadınızdadırsa, Azərbaycanda bir uşaq İraqın keçmiş prezidenti Səddam Hüseynin asılma səhnəsini görəndən sonra özünü asmışdı. Bu dəhşətli hadisə idi. Bu hadisədə mən ən çox televiziyanı və valideynləri günahlandırırdım. Azyaşlı uşaqların bu cür verilişlərə baxılmasına niyə icazə verilməlidir axı?”
Psixoloq Azad İsazadə bildirir ki, intiharların artması cəmiyyətdə olan depressiyanın çox olmasının nəticəsidir: “İnsanlar ümidsiz yaşadığına görə axırıncı addım kimi intihara əl atırlar. İstər sosial problem, istər ailə problemi, işsizlik və s. buna səbəb ola bilər. Cəmiyyətin hər bir hərəkəti insana təsir edə bilər. O cümlədən də kino, teatr və KİV-lərdə yayılan informasiyalar insanlara mənfi təsir edir. Lakin belə informasiyalar sabit psixoloji durumda olan insana mənfi təsir göstərmir. İnsanda psixoloji problem olduğu təqdirdə həmin informasiya sadəcə axırıncı qamçı rolunu oynaya bilər. Lakin elə texnologiyalar da var ki, misal üçün, kommunikasiya texnologiyası-psixotrop silah adlandırılan texnologiya insanlarda intihar depressiyası yarada bilər”.
İntiharın yaşı: qoca, cavan və uşaq
Orta yaşlı və yaşlı nəsillərin intiharında mənfi mənada inkişaf gördüyünü söyləyən S.İsayev bu təbəqənin ölümündə sosioloji faktoru ön plana çəkməyin vacib olduğunu bildirib: “Bu gün Azərbaycanda çox təəssüf ki, insanların psixoloqlara müraciət etməsi təsadüfi hallarda baş verir. Qədimdə azərbaycanlılar icma şəklində yaşayan bir xalq olub. Hər hansı bir dərdi olan insanlar dərdlərini böyükləri ilə bölüşərdilər. Çox təəssüf ki, ölkəmizin Avropaya və dünyaya inteqrasiyasının mənfi təzahürləri bizim həyat tərzimizə təsir edir. Bunlardan biri də Azərbaycanda mövcud olan adət-ənənələrin, düşüncə tərzinin dəyişməsidir. İcma, ailə və böyük məsləhəti halında yaşam həyat tərzinin dəyişməsidir. Digər ölkələrdə insanların psixi durumunda ağır problemlər yarananda dərhal psixoloqa müraciət edirlər, dərdlərini söyləyirlər. Bu baxımdan bizdə psixoloji xidmətlər çox aşağı səviyyədə təşkil olunub”.
Hüquqşünas bildirir ki, orta məktəblərdə psixoloji xidmətin durumunu araşdıran zaman psixoloq vəzifəsinə təyin olunan şəxslərin psixologiyadan uzaq insanlar olduğu müəyyən olunub.
A.İsazadə bütün dünyada yeniyetmə yaş qrupunun ən böyük risk qrupuna aid olduğunu söyləyir: “Amma təəssüflə qeyd etmək lazımdır ki, bu risk qrupunun aşağı sərhədi get-gedə enir. Çünki 11 yaşında uşağı yeniyetmə saymaq hələ tezdir. O, hələ uşaqdır. Lakin uşağın da psixoloji problemi ola bilər. Məktəblə bağlı problemlər buna misal göstərilə bilər. Dərsdən aldığı pis qiymət və valideynlər tərəfindən buna görə göstərilən təzyiq və.s bütün bunlar uşağın psixologiyasının pozulmasına gətirib çıxarır. Həmin uşaq artıq bezir. Belə hesab edir ki, bundan sonra yaşamağa dəyməz. 60 yaşdan yuxarı olan insanlar isə özlərini ailədə lazımsız sayırlar. Həmin insanlar övladlarından və yaxınlarından hansısa qayğını görməyəndə protest reaksiyası verirlər. İnsan protest edə bilməyəndə isə bu üsula əl atır ki, problemə diqqəti cəlb eləsin”.
Psixoloq ölkədə psixoloji xidmətin yaxşı səviyyədə olmadığını söyləyir. Onun sözlərinə görə, insanlar nadir hallarda psixoloqa müraciət edirlər: “Müraciət edənlərin əksəriyyəti psixoloji cəhətdən çox gərgin vəziyyətdə olur. Onlara yardım etmək bəzən çətin olur. Misal üçün, bu il psixoloji yardım almaq üçün müraciət edən insanlardan birinə kömək edə bilmədik. Bütün səylərimizə baxmayaraq həmin insan intihar elədi”.
İntihara görə məsuliyyəti kim daşıyır?
Hüquqşünas bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma təcrübədə çox az rast gəlinən haldır: “Məhkəmə təcrübəsinə müraciət etsək, görərik ki, 2-3 ildə bir ya iki cinayət işi olar, ya olmaz. İntihar hadisəsi qeydə alınan kimi 125-ci maddə ilə cinayət işi başlanır. Bu maddə ciddi sübuta yetirilməli bir haldır. Çox vaxt insanları özünü öldürmə cinayətinə sövq edən faktorlar onun əhatəsində - ailəsində, qohumlarında və iş yerində olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Sovet dövründə intihar cinayətlərinə görə çox ciddi araşdırma aparılırdı. Həmin dövrdə informasiya qıtlığının olmasına baxmayaraq ,istintaq orqanı az qala intihar edən insanın bütün həyatını öyrənir və yoxlama materiallarına əlavə edirdi. O zaman belə hadisələr müstəsna hallarda baş verirdi. Cəmiyyətdə stabil ciddi sosial problemlər yox idi, zorakılıq səhnələri insanlara aşılanmırdı. Həm orta məktəblərdə, həm də iş yerlərində insanların üzərində hansısa bir formada nəzarət vardı ki, bu da özündə psixoloji aspekti əks etdirirdi. İnsanlar daima cəmiyyətin içində olurdular. Cəmiyyət onları idarə edirdi. Belə hallar cəmiyyətdən uzaq düşəndə, insan cəmiyyətin qayğısını görməyəndə baş verirdi”.
İntiharın qarşısını almaq üçün nə etmək lazımdır?
S.İsayevin fikrincə, intiharın qarşısını almaq üçün bəzi hallarda KİV-lərə qadağa qoyulmalıdır ki, zorakılıq və ölüm səhnələri göstərilməsin. Onun sözlərinə görə, bu qadağaların belə halların az baş verməsinə müəyyən qədər təsiri olacaq.
A.İsazadə isə intihar faktlarının səbəblərinin dəqiq araşdırıldıqdan sonra qarşısını alma yollarının həllini tapmağın mümkün olduğunu söyləyib: “Xarici ölkələrdə intiharı araşdıran elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir. Çox yaxşı olardı ki, belə mərkəzlər Azərbaycanda da fəaliyyət göstərsin”.
Fərid Əkbərov
[email protected]
.

483