Ali məktəblərə testdənkənar qəbul olunanlara diplom verilməyəcək
Özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəldəcəklər
Bundan sonra özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəldəcəklər. Lent.az-ın məlumatına görə, Milli Məclis bununla bağlı “Təhsil haqqında” qanuna əlavələr etməyi planlaşdırır. Bu barədə parlamentin elm və təhsil komitəsinin iyunun 4-də keçirilən iclasında komitənin sədri Şəmsəddin Hacıyev bildirib. O qeyd edib ki, özəl təhsil müəssisələrin elmi araşdırmalara yönəltdiyi vəsait qrant formasında ayrılacaq. Qrantların verilmə qaydaları müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyənləşdiriləcək. Komitə rəhbəri qeyd edib ki, təklif olunan əlavə çox mütərəqqi xarakter daşıyır. Çünki özəl ali təhsil müəssisələri də mütləq elmi tədqiqatlarla məşğul olmalıdırlar. Keçən il qüvvəyə minən “Təhsil haqqında” qanun özəl universitetlərə də bu hüququ verib. Amma həmin müəssisələrdə elmi tədqiqatların hansı mənbədən maliyyələşdiriləcəyi əksini tapmayıb. Təklif olunan əlavə də bu hüququ boşluğun aradan qaldırılmasına xidmət edir.
İclasda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva qanuna təklif olunan əlavəni dəstəkləyib. Onun sözlərinə görə, son vaxtlar dövlət tərəfindən elmin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu əlavə də həmin addımların bir halqasıdır.
Özəl “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib ki, yeni “Təhsil haqqında” qanuna əsasən bu ildən özəl universitetlərə də pulsuz tələbə qəbulu həyata keçiriləcək. Yəni dövlət özəl universitetlərdə təhsil alan tələbələr üçün büdcədən vəsait ayıracaq. Rektor bu vəsaitdən də elmi tədqiqatlara vəsait ayrılıb-ayrılmayacağını soruşub.
Komitənin üzvü, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, hər bir təhsil müəssisəsində elmi tədqiqatların aparılması vacib şərtdir: “Dövlət öz tabeçiliyində olan ali məktəblərə bununla bağlı tapşırıqlar verir və vəsait ayırır. Özəl universitetlərə isə belə bir tapşırıq vermək hüququ yoxdur. Qanunvericiliyə görə, dövlət bununla bağlı özəl ali məktəblərə yalnız tövsiyə edə bilər. Təklif olunan əlavə isə dövlətə özəl ali məktəblərdən də tədqiqatlara pul ayırmaq imkanı yaradır”. B.Əliyev deyib ki, qanuna edilən bu əlavə gələcəkdə Azərbaycanın dövlət büdcəsində elm xərclərinin 2 faiz səviyyəsinə çatdırılması üçün stimul rolunu oynaya bilər.
Müzakirələrdən sonra təklif olunan əlavə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Azərbaycan Prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr də müzakirə olunub. Həmin təklifə əsasən universitetlərin tələbə heyəti barədə Tələbə-Məzun elektron sisteminə məlumatları vaxtında daxil etməyən ali məktəblər və onların vəzifəli şəxsləri cərimələnəcəklər. Komitə sədri Ş.Hacıyev bildirib ki, Tələbə-Məzun elektron sistemi yeni qüvvəyə minmiş “Təhsil haqqında” qanunun tələblərindən biridir. Sistemin əsas hədəflərindən biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarından kənar yollarla tələbə qəbulunun qarşısını almaqdır. Ötən illərin təcrübəsində belə hallara rast gəlindiyini bildirən komitə sədri çox vaxt qanunsuz köçürmələrin də müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bunun nəticəsində birinci kursa qəbul olan tələbələrin sayı 4 ildən sonra 4-cü kursu bitirən tələbələrin sayı arasında fərq yaranır. Bunun aradan qaldırmaq üçün yeni elektron sistem yaradılacaq. Hər il ali məktəblərə qəbul olunan tələbələr barədə məlumatlar həmin sistemdə yerləşdiriləcək. 4 il sonra yalnız adı həmin sistemdə qeydiyyatda olan tələbələrə diplom veriləcək. Bu məlumatları gecikdirən vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər 3000 manata qədər cərimələnəcəklər.
Millət vəkili G.Baxşəliyeva testdən kənar yollarla ali məktəblərə qəbul olunan tələbələrin ciddi problemlərlə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, xüsusilə də Azərbaycan Beynəlxalq Universitetinə bu yolla qəbul olub, diplom alan bilməyən xeyli sayda tələbə var. Hansı ki, onlar 4 il müddətinə təhsil alıb və təhsil haqqı ödəyiblər. Azərbaycan İslam Universitetində oxuyan tələbələrin də bu cür hallarla üzləşdiyini deyən millət vəkili bu baxımdan təklif olunan əlavələri dəstəklədiyini bildirib.
Qaldırılan məsələyə münasibət bildirən Ş.Hacıyev deyib ki, Təhsil Nazirliyi testdən kənar yolla ali məktəblərə qəbul olan tələbələrə diplom verməməkdə haqlıdır: “Amma mən müxtəlif yollarla tələbə adı qazanıb təhsil haqqı ödəyən və diplom ala bilməyən tələbələri və onların valideynlərini də aldanmış hesab edirəm”.
Bundan sonra İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın sonunda Ş.Hacıyev bildirib ki, komissiyanın yaratdığı işçi qrupu tərəfindən hazırlanan “Elm haqqında” qanun layihəsi artıq müzakirələr üçün hazırdır. Layihə AMEA-ın, Təhsil Nazirliyinin, Milli Məclisin və vətəndaş cəmiyyəti institutlarının üzvlərindən ibarət işçi qrupu tərəfindən hazırlanıb. Gələn həftə layihənin Elm və Təhsil Komitəsinin üzvlərinə paylanacağını bildirən Ş.Hacıyev növbəti həftə sənədin müzakirəyə çıxarılacağını bildirib.
Komitə sədri rəhbərlik etdiyi komitənin yaratdığı işçi qrupu tərəfindən hazırlanan “Ali təhsil haqqında” qanun layihəsinin də artıq hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, vaxt azlığından bu layihə çox güman ki, parlamentin payız sessiyasında müzakirə olunacaq.

544