Milli Qəhrəman, gözüyaşlı qadın, bir otaqlı beton koma…
O, baharın ən gözəl günlərindən birində gözünü əbədiyyətə yumdu. Şəhidlik zirvəsinə ucaldı. Həyat yoldaşı gözü yaşlı, üç övladı atasız qaldı… onlardan ikisi heç vaxt atalarının üzünü gördüyü günü xatırlaya bilməyəcək. Çünki lap balaca olublar “şəhid balası” sayılanda…
Həsənov Tabil Qasım oğlu. Kosalar kəndində anadan olub, doğma kəndlərində yaşayıb, ailə qurub. Amma amansız müharibə ömrünü də, əməlini də, arzularını da nakam qoyub. Ermənilər hələ 1988-ci illərdə Qarabağın kəndlərinə silahlı basqınlar edəndə o, sıravi vətəndaş kimi kəndlərin müdafiəsinə qalxıb. Sonra daxili işlər orqanlarında işə götürülüb. 1992-ci ilin mart ayının 29-da şəhid olub. Şuşa şəhəriylə Kosalar kəndi arasında düşmənlə vuruşda 12 erməni hərbçisini məhv edib, həmin döyüşdə də şəhid olub.
Xocalı hadisəsində pərən-pərən düşmüş soydaşlarımızın xilas olunmasında öz silahdaşlarıyla birgə olmazın əziyyətlərin çəkib. Fevralın 26-da gecə şəhəri tərk edən bir qrup adam azaraq, Xankəndinə doğru irəliləyir. Xocalıyla Kosalar arasında ermənilərin yaşadıqları və hərbi birləşmələri yerləşən kəndlər olmasına baxmayaraq şəhərin hayına tələsən Tabil Həsənov və döyüşçü yoldaşları həmin qrupu meşədə tapıb, sağ-salamat Şuşa istiqamətində yola salır və döyüşə qayıdırlar…
“Bayram günü evə son gəlişi oldu…”
Faciədən bir neçə gün sonra Kosalar kəndinin sakinləri belə qərara gəlirlər ki, kənddəki bütün qız-gəlini, uşağı, ahılları təhlükəsiz yerə aparsınlar. Martın ilk günlərində Tabil həyat yoldaşı və üç övladını gətirib Bərdə rayonunun Şirvanlı kəndində qoyub, qayıdır. Sonuncu dəfə mart ayının 21-də Novruz bayramı münasibətilə Laçın-Akara yoluyla Bərdəyə ailəsinə baş çəkməyə gəlir. Qayıtdıqdan bir həftə sonra şəhid olur.
Həyat yoldaşı Lətifə xanım deyir ki, Tabilin ölümünü ona deməyiblər: “Qayınanamın ölüm xəbəriylə apardılar kəndə. Amma nədənsə narahat idim. Zənnim məni aldatmadı, Tabili bir daha görməyəcəkdim…”
“Ehsan dolu yemək qazanları ocağın üstündə asılı qaldı…”
Qırx mərasimi Şuşanın işğal olduğu təqvimə düşür. Lətifə xanım deyir ki, mərasimə toplaşanların bircə çıxış yolları vardı. O da silaha sarılıb döyüşə girmək: yemək qazanları eləcə qaldı. O da Kosalardan son çıxışımız oldu.
Tabilin öldüyünü bütün ermənilər bilirdilər. Şuşa döyüşündə bizimkilərdən birinin səsini ermənilər Tabilin nidasına oxşadırlar və tez ratsiyayayla soruşurlarmış ki, “Tabil, ölməmisən sən?””
Hətta ermənilər Xocalı soyqırımında da meşələrə dağılmış adamları bir yerə toplayıb qırmaq, əsir götürmək üçün azərbaycanca qışqırırmışlar ki qorxmayın, Tabildi, gəlin bura…
“Yeməyin aparıb ağacdan asıb gəlirdim…”
Lətifə xanım deyir ki, Tabillə ailə həyatı cəmi 5 il sürüb. 1986-cı ildə evləniblər. 1988-ci ildən əri çöllərdə, meşələrdə, dağlarda erməni silahlılarından qorumağa başlayıb. Hətta silahlı basqınlar hərbi döyüşlərlə əvəzləndikcə Tabil evə çox gec-gec gəlir. Lətifə xanım həyat yoldaşına bişirib apardığı yeməyi həmişə döyüşlərin getdiyi yerin yaxınlığında iri bir ağacdan asıb qayıdırmış. Tabil isə imkan edəndə gəlib öz qismətinə sahib çıxırmış…
Üç övladı qalıb. Şəhid olanda uşaqları 4, 2 və 1 yaşlarında olublar. İkinci qızı atasının əbədiyyətə göz yumduğu günlərdə qan-damar sistemi xəstəliyinə tuş gəlir. Lətifə xanım 2 yaşlı uşaqla həyat yoldaşının qırx mərasiminə qədər və ondan sonra da uzun müddət xəstəxana qapılarında qalır. Prezident Heydər Əliyevin fərmanı ilə Həsənov Tabil Qasım oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verildikdən sonra daxili işlər naziri Ramil Usubov “Milli Qəhrəman” döş nişanını şəhidin ailəsinə təqdim edəndə Lətifə Həsənova ona övladının xəstəlikdən əziyyət çəkdiyini deyir. Nazir uşağın Daxili İşlər Nazirliyinin hospitalında müalicəsi haqda göstəriş verir. Amma burada qan-damar sistemi xəstəliklərinin müalicəsi mümkün olmadığına görə, onları Qanköçürmə İnstitutuna göndərirlər. Burda bütün müayinə və xidmətlər pulsuz olsa da dərmanları ana öz puluyla almalı olur. Düz, 18 ildir ki, bu müalicə hər il, ildə 2 dəfə təkrarlanır…
“Prezident fərman verməsəydi…”
Prezident İlham Əliyevin sərəncamıyla Milli Qəhrəmanlara, şəhid olan Milli Qəhrəmanların ailələrinə ömürlük olaraq hər ay 600 manat müavinət verilməsi Lətifə Həsənovanın üzləşdiyi çətinlikləri xeyli azaldır: “Prezidentimiz sağ olsun, o pulu verməsə, mən bu uşaqların təhsil almasını neyləcəkdim?! Təkcə bir qızımın illik təhsil haqqı 2500 manatdır - Qafqaz Universitetində oxuyur. İkinci qızı texnikum tələbəsidir”.
“Ramil Usubov söz verdi ki…”
Oğlu isə polis orqanları sırasında atasının yolunun davam etdirmək arzusundadır. Ana deyir ki, Ramil Usubov vaxtilə söz verib ki, bu işdə köməyini əsirgəməyəcək. Həqiqi hərbi xidmətini başa vurub, anasının yanına dönüb. Polis olacağı günü gözləyir…
Beton tavan, beton döşəmə, soyuq divar, cehizsiz iki qız…
Azərbaycanın Milli Qəhrəmanı Həsənov Tabil Qasım oğlunun həyat yoldaşı, iki qızı, bir oğlu birotaqlı beton komada məskunlaşıb. 18 ildir burada yaşayırlar… Qızlarıyla bağlı sualımıza cavab vermək istəməsə də, Lətifə xanım təkidimizdən sonra naçar qaldı.
- Qapınızı elçilər döyən vaxtıdır, cer-cehiz düzəltmisinizmi?
- İndiyədək bütün gücümü balalarımın oxumağına sərf eləmişəm. Amma bu da yetərli olmayıb. Sağ olsun əmiləri, onlar olmasa, neylərdim görəsən. Heç nə yoxdu hələ cehiz sarıdan. Amma istəmirəm burdan qız köçürəm. Kaş, özümüzün evimiz olaydı, dövlət ev verəydi bizə. Mən burdan, bu daş komadan necə qız köçürüm?
“Şəhid yoldaşıyam deyib heç kimin qapısında boynumu bükməmişəm…”
Qarşımızdakı qadın öz qüruruyla dağı da diz çökdürər … Bir kəlmə sözlə dəhşətə gətirdi bizi… “Tabil nə düşünər, ətrafdakılar nə deyərlər? Tabil kimi oğlanın arvadı qapılarda qalıb deməzlərmi?”
P.S. Bu sətirlərlə bu məmləkətin səfasını görənlərə, “Vətən, Vətən!” hayqıranlara səslənirəm… Hər şeyi dövlətin boynuna atmayın. Siz də hansısa əməlinizlə dövlətə, dövlətçiliyə, prezidentə yardımçı olun. Tək bircə dəfə eyş-işrətlərə xərclədiyiniz pullarla neçə-neçə könül sevindirə bilərsiniz…
Teymur Zahidoğlu
[email protected]

615