Meymundan yaranan məxluq, yaxud Qar Adamının sirri
Almanların Kəlbəcər dağlarında təmiz gen axtarışı nəylə nəticələndi?
Layihə: Superinsan
I Yazı
Siz məni uzaqdan sevdiniz, xanım,
Oxşatdınız at belində çapıb gələn igidə.
Mən kentavram, xanım!
Nə adamam, nə atam…
Adamlar içində - at, atlar içində - adam…
Ramiz Rövşən
Siz məni uzaqdan sevdiniz, xanım…
Məsələ xeyli mürəkkəb və qəlizdir. Bir tərəfdə fiziki baxımdan qeyri-adi dərəcədə güclü fərdlər əldə eləmək istəyi durursa, digər tərəfdən də Adəmin Tanrı tərəfindən yaradıldığına yox, meymundan döndüyünə inanmaq və inandırmaq niyyəti güdülür. Məhz buna görə, insan meymunla, meymun insanla cütləşdirildi, hər ikisinin başına itin oyunları açıldı. Bunlarla belə çalışacağam, hadisələrdə tarixiliyi qorumaqla bərabər, həm də genetikanın, tibbin mürəkkəb terminologiyasının istifadəsindən yayınaraq, sadə yolla ali insan yaratmaq səylərinin pərdəarxası məqamlarına nəzər salaq. Ondan başlayaq ki, ilk dəfə “Zərdüşt belə söyləmiş” əsərində alman filosofu Fridrix Nitşe tərəfindən işlədilən “übermensh”, yəni “fövqəlinsan” anlayışı gələcəyin insanı haqqında fikirlər, yaxud düşüncələr toplusunun məcmusudur. Kobud şəkildə desək, Darvinizmə görə, əgər meymundan insan yaranıbsa, deməli, insan da inkişafın son mərhələsi deyil, ondan da fövqəlinsan yaranmalıdır. Doğrudu, bizim araşdırdığımız insanın Nitşenin insanı ilə bir elə oxşarlığı yoxdur. Ancaq hər halda, bizim «qəhrəman» da fövqəlinsan anlayışının, belə demək mümkünsə, bir qolunu təşkil edir. Əgər Nitşe öz fövqəlinsanını dəvə kimi dözümlü, şir kimi güclü, nəhayət, körpə kimi azad olaraq üç mərhələdən keçirərək, sonunda döyüşçü və başçı yox, dahi olaraq təsəvvür edirdisə, biz əksinə, heç bir mərhələdən keçirilmədən sırf genetik yolla alınan yeni insan növünün yaranma tarixindən danışacağıq. Onu da deyim ki, bizim hekayət Nitşenin yazdıqlarından daha dəhşətlidir. Ən azından, real olduğuna görə. Çünki insanlar qədim zamanlardan həm güclü, həm də ağıllı fərdlər, döyüşçülər arzusunda olublar. Məsələn, qədim yunan əsatirlərində bədəni at, başı insan başı olan kentavr Xiron elə bu arzunun nəticəsində yaranmış mifik canlıdır. Ancaq miflərdə, əsatirlərdə arzuladıqlarını həyata keçirməyə çalışmasaydı, insan da insan olmazdı. Beləliklə…
Mən kentavram, xanım…
Yaxın tariximizdə insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyənin – yevgenikanın ən parlaq nümunələrinə iyirminci əsrin iki nəhəng və bir-birinə düşmən ideologiyalarının hökm sürdüyü dövlətlərdə – bolşeviklərin Sovetlər Birliyində, bir də faşistlərin Almaniyasında rast gəlinir. SSRİ-də bu nəzəriyyəni praktikaya tətbiq etməyə cəhd göstərmiş bioloq İvanov İlya İvanoviç fəaliyyətinə məməlilərin mayalanma prosesində cinsiyyət vəzilərinin rolunu araşdırmaqla başlamışdı. O, həmçinin növdaxili hibridlərin alınması üçün süni mayalanmanın pioneri idi. Bu məsələdə yoldaş İvanov əlinə keçən heyvanları bir-biriylə cütləşdirməklə həqiqətən qeyri-adi nəticələr əldə eləmişdi. Məsələn, onun təcrübə labarotoriyasında siçanla siçovuldan,vəhşi buğayla inəkdən, haçaqulaqla dovşandan, antilopla kəldən elə qəşəng, həm də qorxulu növlər alınmışdı ki, deməklə, yazmaqla başa gələn deyil. Təbii ki, İlya müəllimin «balaları» Sovetlər üçün qeyri-adi görünüşlü ekzotik heyvancıqlar kimi deyil, təsərrüfatda atalarından və analarından daha ağır işə, daha çox məhsuldarlığa rəvac verəcək növlər olaraq maraqlı və lazımlıydılar. İnsafla deməliyik ki, bu sahədə yoldaş bioloq xeyli irəliləyişlər əldə eləmişdi. Məsələn, götürək elə İvanovun süni mayalanmanın təkmilləşməsi barədə nəzəriyyəsini və onun praktikaya tətbiqini. İvanov atlar üzərində tədqiqatı ilə praktiki olaraq sübut elədi ki, Tanrının yaratdığı ayğır 20-30 madyanı mayalandırdığı halda, onun nəzəriyyəsi ilə saxlanan ayğır bundan 20 dəfə çox madyanı xoşbəxt eləməyə qadirdir. Bəli, insanlarla insanabənzər meymunlar arasında tədqiqatlar aparan İvanov belə İvanov idi…
Nə bir at sevib məni, nə bir qız əzizləyib…
Qeyri-rəsmi söhbətlərə inansaq, guya meymunla insanın hibridini yaratmağı İvanova birbaşa Stalinin özü əmr edib. «Ellər atası»na qeyri-adi dərəcədə güclü, ancaq düşüncə baxımından o qədər də inkişaf eləməyən işlək qullar lazımıymış. Bu qullar qida kimi tullantı yeməklərlə, ağac qabıqlarıyla kifayətlənməli, müxtəlif təbii şəraitlərə, iqlimə dözümlü olmalıydı. Şimpanze gücünə və cəldliyinə, insan düşüncəsinə malik olan bu yarımeymun-yarıinsan, yaxud insan-meymunlardan həm işçi qüvvəsi, həm də döyüçü kimi istifadə nəzərdə tutulurdu. Ancaq qeyri-rəsmi məlumatları bir kənara qoysaq belə, fakt faktlığında qalır ki, 1926-cı ildə SSRİ Xalq Komissarları Soveti dünyada ilk dəfə dişi şimpanzelərin insan toxumlarıyla mayalandırılması təcrübəsi üçün o dövrə görə böyük vəsait olan 10 000 ABŞ dolları ayırır. İvanov tədqiqatlar üçün Qvineyaya yollanır. Burada yerli zəncilərin köməkliyi ilə birtəhər 10 ədəd yetkinlik yaşına çatmış dişi şimpanze tuturlar və onları insan toxumları ilə suni şəkildə mayalandırırlar. Ancaq meymunlardan bəziləri Afrikada, bir qismi yolda ölürlər, qalanları isə hamilə qalmırlar. Təcrübə üçün daha çox meymun lazım gəlir. Ancaq iri və güclü şimpanzelərin heç bir zərər yetirilmədən tutulmaları da qəliz məsələydi. Çox vaxt onları gizləndikləri meşədən çıxarmaq üçün ağaclara od vurur, əli zopalı yerli sakinlərin köməkliyi ilə heyvanları kötəkləməklə tutmaq məcburiyyətində qalırdılar. Bu zaman isə heyvanlar ciddi zədə alırdılar. Beləliklə, İvanov Afrikada insan yox, ciddi şəkildə meymun qıtlığı ilə üz-üzə qalır.
Onda İvanov qərara gəlir ki, «qarşılıqlı mayalanma da lazımdır».
Bu məqsədlə o, Afrikada erkək şimpanzelər tərəfindən zorlanmış qadınlarla bağlı yerli sakinlər arasında gəzən söz-söhbətləri diqqətlə toplayır və dəfələrlə yoxlayır. O, bu kimi halların həqiqətən olub-olmadığını dəqiqləşdirmək istəyirdi. Niyyəti isə zorlanmış qadınlardan hansınınsa hamilə qalıb-qalmadığını bilmək idi. Ancaq məlum olur ki, belə hallar olsa da, zoraklığa məruz qalmış qadınların heç biri sağ qalmayıb: onların hamısı vəhşi şimpanzenin güclü caynaqları arasında həlak olmuşdular.
Bununla belə, alim fikrindən dönmür. Bioloqun gündəliyindən oxuyuruq: «Nəinki mayalanmış dişi şimpanzelərin sayını artırmaq, eyni zamanda erkək meymun sperması ilə insanı da mayalandırmaq lazımdır. Ancaq etiraf olunmalıdır ki, bu təcrübəyə Afrika qadınları deyil, Avropa qadınları daha tez razılaşarlar». İvanov bu fikrini rəhbərliyə sırıya bilir. SSRİ Xalq Komissarları Soveti yanında Elmi şöbənin təşkil etdiyi komissiyanın 1929-cu il 14 aprel qərarından oxuyuruq:
«1. Professor İvanovun təcrübələri Suxumidəki heyvanyetişdirmə məntəqəsində həm meymunların müxtəlif növləri, həm də meymunla insan arasında davam etdirilsin.
2. Qadınların süni yolla antropoidin sperması ilə mayalandırılması təcrübənin riski, həmçinin təcrid rejiminə tabe olacaqları haqda onların yazılı razılıqları ilə həyata keçirilsin.
3. Təcrübələr mümkün qədər çox – ən azı 5 qadın üzərində həyata keçirilməlidir».
Göründüyü kimi, məlum qərarla məsələlər artıq tam məxfi xarakter alır. Qərarda qeyd olunan «təcrid rejimi»nin hansı orqan tərəfindən və niyə həyata keçirildiyi, qadınların «yazılı razılığı» məsələsi barədə təbii ki, çox düşünmək lazım gəlmir. Bu haqda artıq rus tədqiqatçıları deyil, əcnəbilər yazırlar…
Bir yataqda qoşa yata bilmərik…
1926-cı il may ayının 7-də məşhur rus yazıçı Mixail Bulqakovun mənzilində «NKVD» tərəfindən axtarış aparılır. Çekistlər yazıçının evindən yalnız «İt ürəyi» adlı romanın əlyazmasını aparırlar. Sən demə, «İr ürəyi»nin qəhrəmanı - heyvanlardan müxtəlif orqanların insanlara və əksinə köçürülməsiylə məşğul olan Preobrajenski soyadlı həkim eynən İvanovun məxfi şəkildə həyata keçirdiyi əməliyyatlarla məşğul olurmuş. Belə götürəndə yazıçı Aleksandr Belyayevin «Professor Douelin başı» fantastik əsərinin sırf yazıçının təxəyyül məhsulu olduğuna inanmaq sadəlövhlük olardı. Necə ki, Fazil İsgəndər özünün məşhur «Kozlatur» povestində illər əvvəl İvanovun Suxumidə həyata keçirdiyi təcrübələrini nəyi var ələ salır. Həqiqətən, o dövrlərdə SSRİ-də ən ağlagəlməz təcrübələr keçirilib. Bu baxımdan İvanovun təcrübələrinin ikinci mərhələsinin, yəni artıq qadınların süni mayalandırılmasının Suxumidə deyil, məşhur QULAQ düşərgələrində həyata keçirildiyi barədə xarici mətbuatda gedən yazılara barmaqarası baxmaq düzgün deyil. Məşhur Belçika bioloqu Bernar Eyvelson uzun illər boyu apardığı araşdırmalar əsasında qələmə aldığı «Dondurulmuş insanın sirri» adlı kitabında «Sovet düşərgələrində həkim işləmiş mötəbər birinə» istinad edərək yazır ki, QULAQ-ın xəstəxanalar idarəsində qadınların şimpanze sperması ilə süni mayalandırılması həyata keçirilirmiş. Təbii ki, heç bir qadın bətnində yaranacaq əcaib-qəraib eybəcər məxluqu gəzdirməyə razı olmadığından, yuxarıda xatırlatdığımz komissiyanın qərarındakı «qadınların razılığı alınsın» bəndindən söhbət belə gedə bilməz.
…bir çəməndə otlamarıq baş-başa…
Eyvelson sonra yazır: «Müxtəlif məhbus qadınların zorla cəlb edildikləri bu dəhşətli eksperimentlər nəticəsində ruslar meymun-insan irqi əldə ediblər. Onların boyu 1.8-2 metr olur, bədənləri tüklüdür, insanlara nisbətən tez böyüyürlər, əllərinə nə keçdi yeyirlər, yaxşı işgörmə qabiliyyətinə malikdirlər. İnsan-meymunların yeganə çatışmayan cəhətləri varsa, o da nəsilartırma qabiliyyətindən məhrum olmalarıdır».
İnsan əməlinin törəməsi sayılan bu məxluqun təsviri Sizə kimisə xatırlatmadı ki? Hə, özüdü ki, var: Qar Adamı! Ona elə Azərbaycanın da müxtəlif bölgələrində rast gəlindiyi barədə mətbuatda, şahidlərin söyləmələrində faktlar var. Prinsip etibarilə, Eyvelsonla razılaşmaq və SSRİ-də keçirilən məlum təcrübələrin sonunda «məhsulla» nəticələndiyini güman eləmək mümkündür! Təbii ki, ehtimalla…
Meymun-insan yaratmaq cəhdində bulunan İvanovla bağlı söhbətimizi təəssüf ki, (belə baxanda, təəssüflənməyə ehtiyac yoxdu ki…) bioloqun «balaları» haqda xoş xəbərlə deyil, onun özünün naxoş taleyi haqda xəbərlə bitirmək zorundayıq. Afrikaya birinci uğursuz səfərindən sonra İvanov təcrübələrini davam etdirmək üçün hökumətdən yenə pul istəyir və imtina cavabı alınca öz təşəbbüsü ilə təzədən Qvineyeya getmək istəyir. «NKVD» isə «meymun-insanın» insan «valideyninin» bu ağılsız özbaşınalığını ona bağışlamır. Alim həbs olunur və 5 illiyə düşərgəyə göndərilir. Dözümlü məxluq yaratmaq istəyən İvanov həbsxana həyatına 1932-ci ilə qədər dözə bilir…
Təxminən eyni vaxtda, bu dəfə Rusiyada deyil, Fransada Voronov soyadlı başqa bir rus aliminin təcrübələri isə bütün Avropada əsl sensasiya yaratmışdı. Yazılanlara inansaq, hətta ahıllığını yaşayan Türkiyənin baş naziri də onun xidmətindən yararlanmaq niyyətindəymiş. Zarafat deyil, Voronov cavanlıq eşqini və qabiliyyətini qaytarmaq qüdrətində olduğunu deyirmiş…
(Davamı var)
İlham Tumas
[email protected]

1103