“Televiziya aparıcılarının dil qüsurlarını düzəltmək istəyirik”-MÜSAHİBƏ
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Slavyan Universitetinin rektoru Kamal Abdullann müsahibəsi
Azərbaycan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" haqqında sərəncam imzalayıb. Dövlət proqramını hazırlayan işçi qrupu artıq tədbirlər planı layihəsini yekunlaşdırıb. İşçi qrupunun sədri Kamal Abdulla ilə də bu barədə danışırıq.
- Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (DP) haqqında imzaladığı sərəncamına uyğun olaraq görülən işləri necə dəyərləndirisiniz?
- Bu, çox ciddi, gələcəyə hesablanmış, strateji əhəmiyyətli bir sərəncamdır və Azərbaycan dilinin uzun illər işlənmə mexnizminin dəqiqləşdirilməsi, cilalanması ilə bağlı bizə gözəl imkanlar verir. Biz də bu sənədə uyğun olaraq ondan irəli gələn vəzifələri dövlət proqramı layihəsində birləşdirməyə çalışdıq və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə İşçi Qrupu yarandı. İşçi Qrupu həmin siyasi sənədin dövlət proqramı müstəvisinə layihə şəkilində keçirilməsini reallaşdırdı. İşçi Qrupuna, görkəmli dilçi alimlərimizə, əlaqədar qurumlara, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, Mədəniyyət və Turizm, Ədliyyə nazirliklərinin nümayəndələrinə də bu prosesdə iştirak etdikləri üçün təşəkkürümü bildirirəm.
- Dilimizin qorunmasında müasir informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəsinin vacibliyini söyləmisiniz. Sizcə, ondan necə və hansı şəraitdə istifadə olunmalıdır?
- Bu layihə bizə Azərbaycan dilinin ən müxtəlif sferalarda, vəziyyətlərdə və hallarda işlənməsinin möhkəmləndirilməsi, qorunması imkanını verir. Biz bu mexnizmi işləyib hazırlaamalıyıq. Necə edək ki, sabah Azərbaycan dilinin bu və ya başqa hala düşməsi ayrı-ayrı şəxslərdən, ayrı-ayrı qurumlardan, ayrı-ayrı kütləvi informasiya vasitələrindən asılı olmasın. Bu bir mexnizmlə tənzimlənsin və bu mexnazimlərin hazırlanmasını layihədə nəzərdə tutulub.Əlbəttə ki, burada informasiya kommunikasiya texnologiyalarının (İKT) imkanlarından da geniş istifadə qarşıya məqsəd kimi qoyulub. Dilin qorunmasında İKT-dən istifadə ən müxtəlif istiqamətlərdə ola bilər. Bu elmi və tədris istiqamətində də ola bilər. Azərbaycan dili ilə bağlı normativ sənədlərin hazırlanmasında da özünü göstərə bilər.
- Sizcə, informasiya kommunikasiya texnologiyalarının surətli inkişafı sahəsində dilimizə gələn alınma sözlərin ekvivalenti axtarılıb tapılmalıdırmı? Yoxsa onlar, alınma sözlər kimi işlənilməlidir?
- Bu çox həssas və incə məsələdir. Dilimizə gələn alınma sözlərin hər birinin ekvivalentini axtarsaq, onda elə güman edirəm ki, bunun effekti olmaz. Çünki alınma sözlər elmi anlayışla və ya hər hansı elmi yeniliklə yaranır. Əgər həmin elmi naliyyət bizdə icad olunmayıbsa, onunla bağlı yaranan sözün qarşılığı yoxdursa, əlbəttə ki, onun Azərbaycanda bazası da olmayacaq və nə qədər axtarırsan-axtar süni, yapma quramalardan başqa heç nə düzəltmək mümkün olmayacaq. Ona görə də bəzi hallarda əlbəttə ki, bu sözləri olduğu kimi saxlamaq lazımdır. Məhz bu səbəbdəndir ki, həmin sözlər terminlər adlanır. Ümumiyyətlə, terminlərin dilin zəifləməsində və ya qorunmasında heç bir rolu yoxdur. Terminlər köçəri quşlar kimidir. Bu gün bu dildədir, sabah isə başqa bir dildədir. Elə güman edirəm ki, onların tərcümə edilmədən istifadə olunması dilin zənginləşdirilməsinə xidmət edir. Bu istiqamətdəki sözlərin çoxalmasına şərait yaradır. Eyni zamanda əlbəttə ki, Azərbaycan dilinin dərinliklərindən, mənəvi köklərindən də imkan daxilində istifadə etməyi bacarmalıyıq. Burada da dilçi alimlərin, həmin sahə üzrə mütəxəssislərin birgə, əlaqəli fəaliyyəti vacibdir. Bu məsələlər də nəzərdə tutulub.
- Bir sıra alınma sözlər KİV-də müxtəlif cür yazılır. Onların konkret necə yazılması ilə bağlı qəzetlərə, eləcə də internet saytlarına xəbərdarlıqlar verilməlidirmi? Necə düşünürsüz sözlərin orfoqrafiya lüğətinin elektron versiyası hazırlanıb ictimaiyyət arasında təbliğ olunmalıdırmı və bu dilimizin qorunmasına nə qədər kömək edə bilər?
- Elektron orfoqrafiya lüğətinin hazırlanması Azərbaycan dilinin qorunmasına çox böyük kömək edə bilər. Bu gün hamı normativ, standart orfoqrafiya lüğəninin olmamasından şikayətçidir. Onun elenktron versiyasının hazırlanması və geniş ictimaiyyətə çatdırılmasının müxtəlif yolları düşünülüb tapılmalıdır. Bu Azərbaycan dilli portallar vasitəsi ilə həyata keçirilə bilər.
- Televiziya və qəzetlərlə yanaşı internet saytlarda da dilin qorunması ilə əlaqədar monitorinqlər keçirilməlidirmi?
- Əlbəttə keçirilməlidir. Çünki bu gün həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda da informasiya kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Bütün ölkə üzrə internetə qoşulanların sayı günü-gündən artır. Üstəlik, internet portallarımızın da sayı artmaqdadır. Belə olduqda Azərbaycan dilinin təbliğində və qorunmasında portalların da önəmi irəli çəkilməlidir.
Biz artıq Dilçilik İnistitunun struktur dəyişikliyi ilə məşğuluq. Onu zamanın, qloballaşma dövrünün tələblərinə uyğun şəkildə həyata keçirməyə hazırlaşırıq. Əlbəttə ki, orda Azərbaycan dili ilə bağlı monitorinq qrupunun fəaliyyət göstərməsi də nəzərdə tutulub. Televiziya və radio ilə bağlı belə bir sual da meydana çıxır ki, buradakı aparıcılar, eləcə də efirə çıxan şəxslər Azərbaycan dilinin pozulmasında daha aktiv iştirak edirlər və bu da cəmiyyətdə müəyyən təbii narahatlıqlar yaradır. Bu məsələləri aradan qaldırmaq üçün AMEA-nın Dilçilik İnistitunda efirlə birbaşa əlaqəli olan insanlar üçün xüsusi kursların təşkil olunması nəzərdə tutulub. Televiziya və radio şirkətləri lazım bildiyi əməkdaşlarını həmin kruslara göndərəcək. Kurslar praktik olacaq. Lakin bu məsələyə bəziləri birtərəfli və qeyri-ciddi şəkildə yanaşırlar. Hətta televiziya ekspertləri qeyd edirlər ki, bu cür kurslar məsələnin həlli yolu deyil. Bildirmək istəyirəm ki, heç kim televiziya və radio diktorlarının yenidən hazırlanması məsələsini qarşıya qoymur. Teleradio diktoru əlbəttə ki, təkcə Azərbaycan dili bilgisini nümayiş etdirmir. O, mədəni səviyyəsini, ümumi hadisələri bilməyini, jurnalist vərdişini və sair biliklərini də nümayiş etdirir. Bu sahələrlə televiziya və radio mütəxəssisləri məşğul ola bilərlər və olmalıdırlar da. Lakin indiyə qədər olmayıblar. Biz isə aparıcıların təkcə dil məsələsinə yardım əlimizi uzatmaq istəyəndə də bunu qeyri-ciddi sayırlar. Biz yalnız aparıcıların dil qüsurlarını düzəltmək istəyirik. Digər qüruslarla isə həmin mütəxəssislər özləri məşğul olsunlar.
- Sizcə, Azərbaycan dilinin qaydalarını pozanlar cəzalandırılmalıdırmı? Əgər cəzalandırılmalıdırsa, bu, necə həyata keçirilməlidir?
- Bilirsiniz, biz çalışmışıq ki, dövlət proqramı ləyahəsinə mexanizmlər vasitəsi ilə yanaşaq. Yəni elə mexanizmlər qoyulsun ki, orada artıq pozulma halı nəzərə çarpmasın. Pozullursa da belə, hansısa şəkildə özü özünü yenidən dirçəltsin, özü özünü qoruya bilsin. Ona görə də xüsusi cərimələr, «dil polisi» kimi səslənən fikirlərə ehtiyac yoxdur. Düşünürəm ki, əgər bizim layihə dövlət proqramı səviyyəsində işləyəcəksə, burada həmin məsələlər həll olunacaq və cərimələrə də ehtiyac qalmayacaq.
- Fransa qanunlarına görə, televiziya və radiolarda fransız dilində ekvivalenti olan sözlər xarici dillərdə səsləndirildiyi zaman jurnalist, eləcə də telekompaniya müəyyən məbləğdə cərimə olunur. Belə bir cərimə mexinizmi Azərbaycanda da tətbiq oluna bilərmi?
- Fransadakı bu cərimələr dil müstəvisində və cəmiyyətin müdaxilə etməsi müstəvisində həll olunduqdan sonra arabir, kiminsə şıltaqlığı nəticəsində pozulan halların aradan götürülməsi kimi qiymətləndirilməlidir. Biz hələ o müstəviyə çatmamışıq. Biz hələ mexanizmlər səviyyəsində işimizi qurandan sonra kiminsə şıltaqlığını hansısa şəkildə üzə çıxarıb qiymətləndirmək imkanına malik olacağıq. Bir daha qeyd etmək istəyirəm ki, cənab prezidentin sərəncamı və bu sərancamın əsasında hazırlanan dövlət proqramı bütövlükdə cəmiyyətin problemidir. Bunu dilçilər, əlaqədar mütəxəssislər hazırlasalar da, əlbəttə ki, onunla bütün cəmiyyət məşğul olmalıdır. Biz bu proyekti hazırlayarkən cəmiyyətin ən müxtəlif təbəqələri ilə - millət vəkillərilə, KİV nümayəndələrilə, yaradıçı təşkilatlarla, ziyalılarla, akademiyanın müxtəlif sahələrində çalışan görkəmli mütəxəssislərlə görüşlər keçirmişik. Bizim hazırladığımız layihə də bütövlükdə bu görüşlərin nəticəsi kimi ortaya çıxıb.
- İşçi Qrupu bundan sonrakı mərhələdə konkret hansı addımları atacaq?
- Bundan sonra biz layihəni müxtəlif təşkilatlara rəy və təkliflərin verilməsi üçün bir daha göndərəcəyik. Rəyləri aldıqdan sonra son ştrixləri əlavə edəcəyik, çatışmazlıqları ortadan götürməyə çalışacağıq. Elə güman edirəm ki, payız aylarında layihəni hökumətə təhvil verə biləcəyik.
Seymur Qasımbəyli, “Rabitə dünyası”

1938