“İqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq.
H.Hacıyev əhaliyə sosial müavinətlərin verilməsi ilə bağlı vurğulayıb ki, hazırda bununla bağlı müzakirələr davam etdirilir: “Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq”.