“Azərbaycan Silahlı Qüvvələrində epidemioloji vəziyyətə tam nəzarət olunur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, orduda epidemioloji vəziyyətə tam nəzarət həyata keçirilir: “Hazırda orduda koronavirusa yoluxma yoxdur”.