"İyun-iyul aylarında koronavirusa yoluxmada təkrar artım müşahidə olundu, xüsusən Bakı şəhərində..."
APA-nın məlumatına TƏBİB-in İdarə Heyətini sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, əlavə olaraq bura yeni xəstəxanalar cəlb edilib: "Bu tibb müəssisələrinin sayını təxminən 46-ya çatdırdıq. Burada hər biri 200 çarpayılıq olmaqla 10 modul tipli xəstəxana var. Eyni zamanda, FHN-nin 800 carpayılıq modul tipli xəstəxanası fəaliyyət göstərir. Bu xəstəxananın əlavə 1200 yatağa çatdırılması gözlənilir. Acılan modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik".