"Gmail" poçt xidmətinin işində nasazlıqlar müşahidə olunur.
"APA-Economics"in "DownDetector"a istinadən verdiyi məlumata görə, poçt qutusuna və ya onun bəzi funksiyalarına daxil olmaq problemləri bütün dünyada yaşanır.
İstifadəçilərin 23%-i poçt qutularına daxil ola bilmir, 15%-i isə məktub ala bilmir.
Əksər şikayətlərdə poçt qutusundakı məktublara əlavə edilən sənədləri açmaq və ya göndərmək üçün faylları məktuba əlavə etmə imkanının olmadığı bildirilir.