“Pandemiya dövründə həkimlərin əməyinin qiymətləndirilməsi istiqamətində addımlar atılır”.
APA-nın məlumatına görə, buu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Biz həmişə demişik ki, həkimlər bu gün ən ön cəbhədə mübarizə aparan Azərbaycanın qəhrəmanlarıdır. Bunların hamısını biz yüksək qiymətləndiririk. Təbii ki, hələ müharibə bitməyib. Gəlin müharibəni başa çatdıraq, ondan sonra kimə mükafat və təltif düşür. Təbii ki, bu, olacaq. İctimaiyyəti də burada fəal olmağa çağıraq. Bu gün həkimlər qəhrəmancasına mübarizə aparır”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.