Sosial şəbəkələrdə Bayıl istiqamətində “Kukla Teatrı”nın və “Azneft” dairəsinin yaxınlığındakı avtobus dayanacaqlarının ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd olunub ki, bu, həmin ərazidə insanların hərəkətində çətinlik yaradıb.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev dayanaqcların ləğv edilmədiyini deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə BNA-ya məxsus olan dayanacaqlarda bəzi problemlər olduğundan dəyişdirilir: “Həmin ərazidə dayanacaqlar ləğv edilməyib. Hazırda avtobuslar orada saxlayır. Sadəcə olaraq, mövcud pavilyonlar dəyişdirilir, yeniləri qoyulur. Proses ya bu gün axşama kimi, ya da sabah yekunlaşacaq”.