Misir Mərdanov: “Məktəbli qızların sinifdə hicab taxması normal deyil”
Bəziləri hətta deyir ki, guya mən dinsizəm. Azərbaycan dünyəvi dövlətdir. “Təhsil haqqında “qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib”.
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsinə münasibət bildirərkən deyib. Nazir orta məktəb yaşlı qızların sinifdə hicab taxmasının normal olmamasını bir daha vurğulayıb: “On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.
M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır: “Burada kənar heç bir şey görmürəm. Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, “Qurani-Kərim” də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil”.
M. Mərdanov hələlik ali məktəb tələbələrinin hicab taxması ilə bağlı məsələyə dair heç bir fikir söyləmədiyini də bildirib.

Oxşar yazılar

Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
11 may 2025 , 06:42
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40
Sabahdan güclü külək əsəcək
10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ
10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi
10 may 2025 , 12:25