<b>Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi -</b> <span style="color:red;">SƏRƏNCAM
10 iyul 2018 16:02 (UTC +04:00)

Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi - SƏRƏNCAM

Ölkə başçısı İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

 

Lent.az-ın AZƏRTAC-a istindən verdiyi xəbərə görə, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

 
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.
 
 
Prezident həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.
 
 
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: 

 

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar