Rusiya, Türkiyə və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul edib
20 dekabr 2016 18:16 (UTC +04:00)

Rusiya, Türkiyə və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul edib

 

Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyannamə qəbul edib.

 

APA-nın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

S. Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir: “Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Biz münaqişənin alternativi olmadan siyasi-diplomatik yolla həllinə tərəfdarıq”.

 

Nazir qeyd edib ki, üçtərəfli format münaqişənin həlli ilə bağlı ən effektli formatdır və eyni zamanda onun fəaliyyəti digər formatların fəaliyyətinə kölgə salmağa yönəlməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

APA Baycan

Oxşar yazılar