Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir.
APA-nın yerli bürosunun məlumatına görə, R. Abdullayev Azərbaycanın Gürcüstandakı səfirliyinin Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak edib.
Tədbir çərçivəsində SOCAR prezidenti Tbilisidə yoldaşlıq oyunu keçirmiş “Qarabağ qaziləri” futbol komandasının üzvləri ilə söhbət edərək, klubun fəaliyyəti ilə maraqlanıb.
R. Abdullayevin Gürcüstanda görüşlər keçirəcəyi gözlənilir.