<b>Monteneqro Prezidenti Azərbaycana gəlir </b>
27 fevral 2019 09:51 (UTC +04:00)

Monteneqro Prezidenti Azərbaycana gəlir

Monteneqro Respublikasının Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Lent.az-a verilən məlumata görə,  O, martın 14-16-da  Mərkəzin təşkilatçılığı ilə keçiriləcək  VII Qlobal Bakı forumunda iştirak edəcək.

Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı Forumlarında da iştirak edib.

Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.  Tədbirə Monteneqro przidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar