Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək işğalçı Ermənistan təmsilçilərinin burada çıxış etmək haqqı olmamalıdır deyib və onlara sərt cavab verib.
Lent.az-a daxil olan məlumata görə, bu gün AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva AŞ, AŞPA rəhbərlərinə çağırış edərək Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını azad etmələrini tələb etməlisiniz deyib:”Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi.
Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini dəciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan Avropalı tərəfdaşları ilə birlikdə sadəcə özünün deyil Avropanın enerji təhlükəsizliyinə də böyük töhvə verə layihələri həyata keçiririr. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təssüf ki bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizinin Ermənistanın işğalı altındadır.
Ermənistanın 25 ildən artıqdır ki işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞPA qətnamələrinə məhəl qoymayaraq işğal etdikləri torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırırdı.
Biz Assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırq ki Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınılar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal edilən Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər. Biz Assambleyamızı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin, Sərsəng su anbarı ilə bağlı qətnamənin, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa məhkəməsi qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə çağırırıq.
Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar rejimi Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmirdilər. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalı və tələb etməlidir. Eyni zamanda AŞPA Ermənistanın yeni rəhbərliyini Suriyadan köçən ermənilərin Ermənistana deyil işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalı və tələb etməlidir. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞPA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə,İşğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onlara söyləmək istəyirəm ki sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.