İraqın səfiri: “İŞİD bu günə kimi 6000 İraq vətəndaşını qətlə yetirib”
25 iyul 2014 22:27 (UTC +04:00)

İraqın səfiri: “İŞİD bu günə kimi 6000 İraq vətəndaşını qətlə yetirib”

“İŞİD terror təşkilatı bu günə kimi 6000 İraq vətəndaşını qətlə yetirib”

APA-nın məlumatına görə, bunu Beynəlxalq Qüds gününə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əl Barrak deyib.

 

O, İraqın terrora qarşı mübarizə apardığını bildirib: “Lakin bəzi ölkələr orada baş verənləri sünnü-şiə  qarşıdurması kimi qələmə verməyə çalışırlar. Dünən Yunus peyğəmbərin qəbrini və məscidini dağıdıblar. Bu  islam aləminin və dünyanın ən gözəl nümunələrindən biri idi. Bir səhabənin qəbrini dağıdıblar. Hansı ki onun tarixi 1200 il bundan əvvələ gedib çıxır. Bir həftə əvvəl 25 min xristiyanı Mosuldan köçürüblər. Bəhanə ediblər ki, onlar kafirdirlər və cizyə ödəməlidirlər. Bəzi qüvvələr terrorçulara maddi dəstək verirlər və bunu mediyada ört basdır etməyə çalışırlar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Oxşar yazılar