Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib
10 iyul 2018 13:59 (UTC +04:00)

Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib

0

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

 

APA-nın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

 

Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən "Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik", deyə bildirib.

 

 

Qeyd edək ki, bu, R.T.Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar