Əfv Komissiyası 400-dək müraciətə baxıb
28 fevral 2019 17:12 (UTC +04:00)

Əfv Komissiyası 400-dək müraciətə baxıb

 
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
 
ONA-nın verdiyi xəbərə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə haqqında müsbət rəy verilib.
 
İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.
 
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
 
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750
avatar

Oxşar yazılar